Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nurçuların əsas fiqurlarından biri Azərbaycandan qaçdı - Ənvər Özərən niyə aradan çıxıb?

Nurçuların əsas fiqurlarından biri Azərbaycandan qaçdı - Ənvər Özərən niyə aradan çıxıb?


18-03-2014, 15:28
Nurçuların əsas fiqurlarından biri Azərbaycandan qaçdı - Ənvər Özərən niyə aradan çıxıb?
DİA.AZ: - Dünən Elnur Aslanovun Prezident Administrasiyasının şöbə müdiri postundan alınması nurçu cameəsində şok effekti yaradıb. Halbuki dünənə qədər tamam əks fikir mövcud idi və Elnur Aslanovun nurçularla hər hansı əlaqəsinin olmadığı qənaəti var idi.
Amma buna rəğmən artıq nurçuların Bakıdakı dayaqları titrəməyə başlayıb. Bu barədə DİA.AZ-a çox maraqlı informasiya daxil olub.

Bilgili qaynaqlardan verilən xəbərdə qeyd olunur ki, nurçuların Azərbaycandakı əsas adamlarından biri kimi tanınan və Fətullah Gülən camaatına aid Azərbaycandakı təhsil obyektlərinin əsl sahibi olan «Çağ» Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən bu gün səhər saatlarında Azərbaycanı tərk edib.

Xəbəri verən qaynaq iddia edir ki, Ənvər Özərən təhlükə hiss etdiyindən Bakını tərk etmək zorunda qalıb və onun nə zaman Azərbaycana dönəcəyi barədə məlumatlar yoxdur.

Bildirək ki, Ənvər Özərən bir neçə gün əvvəl onun Bakıda nurçuları təmsil etməsi barəsində yazan Azərbaycan mediasını hədələməklə məşğu idi. Qeyd edək ki, Ənvər Özərən Dövlət Neft Şirkətinə aid olan Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin təsisçiləri sırasına qoşularaq özünün rəhbərlik etdiyi nurçu tədris ocaqlarını da ARDNŞ-a bağlamağa müəssər olmuşdu.

İndi isə onu Azərbaycandan qaçdığı deyilir.

Məlumatı dəqiqləşdirməyə çalışırıq. Əlavə bilgilər verəcəyik. Gələn məlumatlarda o da qeyd olunur ki, Ənvər Özərən Türkiyəyə gedib.

Geri qayıt