Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Klinker canavarı”: Banklara 27 milyon pul atan adam azadlıqda necə gəzir?

“Klinker canavarı”: Banklara 27 milyon pul atan adam azadlıqda necə gəzir?


10-06-2024, 15:55
“Klinker canavarı”: Banklara 27 milyon pul atan adam azadlıqda necə gəzir?
"Sement istehsalında əsas xammal rolunda çıxış edən klinkerin monopoliyasına rəhbərlik edən Cavidan adlı şəxslə bağlı maraqlı vəziyyət yaranıb. Uzun illərdir ki, İrandan ölkəmizə klinker gətirən, bu sektorda şəriksiz söz sahibi olan Cavidan, ölkə banklarına nə az nə çox –düz 27 milyon manat məbləğində pul atıb. Banklar kredit ödənişinin üstündən aylar ötməsinə baxmayaraq, onlara bir qəpik də olsun vəsait ödəməyən iş adamı ilə bağlı əlaqədar qurumlara müraciət ediblər". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Məqalə müəllifi daha sonra yazır: "Lakin görünən odur ki, bu müraciət də praktiki baxımdan heç nəyə yaramayıb. Belə olmasaydı, banklara 27 milyon məbləğində pul atan adam bu gün əl-qolunu sallaya-sallaya öz normal, gündəlik yaşamına davam edə bilməzdi.
Aylardır hüquqi müstəvidə davam edən mübarizəyə rəğmən banklar öz pullarını iş adamından ala bilmir. Sahibkarın həbs edilməsi, sahib olduğu nəhəng əmlak üzərində həbs qoyulması və həmin əmlakın banklarıln xeyrinə müsadirə olunması ilə bağlı tələblər bu gün də yerinə yetirilmiş deyil. Buna səbəb Cavidan adlı “klinker canavarı”nın yüksək vəzifələrdə təmsil olunan bəzi məmurlar tərəfindən açıq və birmənalı müdafiə edilməsidir. Bu isə öz növbəsində bəzi suallar doğurur: Cavidanı bu məmurlar üçün əvəzedilməz edən nədir? Doğrudanmı onlar iş adamını yalnız Cavidanla olan dostluq münasibətlərinə görə müdafiə edirlər? Həqiqətənmi Cavidanın “yoxa çıxardığı” 27 milyon manatdan bu məmurlara heç nə çatmayıb?
Onu da qeyd edək ki, Cavidanın banklara olan borcları ilə bağlı əlaqədar qurumlara – hüquq-mühafizə orqanlarına bütün gərəkli sənədlər, o cümlədən kredit müqavilələri, borc sənədləri təqdim olunub. Ancaq çoxsaylı sübut və faktlara rəğmən Cavidan hələ də məsuliyyətə cəlb edilməyib. Əksinə, öz təmtaraqlı yaşam tərzi ilə ətrafdakılara göz dağı verən iş adamı heç nə olmamış kimi restoranları gəzib-dolaşmaqda, əyləncələrə böyük məbləğdə vəsaitlər xərcləməkdədir. Açıq-aşkar görünür ki, iş adamı əməlindən heç bir peşmanlıq duymur və məsuliyyətə cəlb ediləcəyindən qorxmur".

Növbəti yazımızda..:

1.Cavidan adlı iş adamını kim himayə edir?

2.İş adamı banklarla yanaşı hansı sahibkarlara nə qədər atıb?

3.Cavidan adlı monopolistin aldatdığı banklar hansılardır?

4.”Klinker canavarı” digər sahibkarları necə və niyə təhdid edir?

Geri qayıt