Əsas Səhifə > Güney Press, Reklam > “Azercell” şəbəkəsinin yüksək keyfiyyətinin daha bir sübutu

“Azercell” şəbəkəsinin yüksək keyfiyyətinin daha bir sübutu


19-03-2014, 09:58
“Azercell” şəbəkəsinin yüksək keyfiyyətinin daha bir sübutu
Yalnız 1 həftə ərzində həftəsonu internet istifadəçilərin sayı yüzqat artmışdır

Azərbaycanın mobil bazarının lideri- Azercell Telekom tərəfindən Novruz Bayramı ərəfəsində təqdim olunan unikal “Şənbə-bazar pulsuz İnternet” kampaniyası abunəçilər tərəfindən böyük maraqla qarşılanıb. Yalnız bir həftə ərzində həftəsonu paketini aktivləşdirən abunəçilərin sayı yüzqat artmışdır və bu rəqəm artmaqda davam edir.

Qeyd etmək istərdik ki, sözügedən kampaniyanın populyarlığı nəticəsində, həftəsonu mobil internet trafikindən istifadənin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, Azercell şirkətinin şəbəkəsinin keyfiyyəti əvvəlki kimi yüksək səviyyədə qalmaqda və kəsintisiz, sabit bağlantını təmin etməkdə davam edir. Hətta, pulsuz internet-trafikin olduğu təqdirdə belə Azercell şəbəkəsinin yalnız Azərbaycanda deyil, bütün regionda ən etibarlı və keyfiyyətli olması, şirkətin texniki sistemlərinin mükəmməl şəkildə qurulmasının, həmçinin şəbəkənin təkmilləşdirilməsi məqsədilə aparılan əsaslı işlərin və sərmayələrin məhsuldarlığının bariz göstəricisidir.

Qeyd edək ki, “Şənbə-bazar pulsuz İnternet” kampaniyası bütün Azercell abunəçiləri və kampaniya müddətində 4.5 milyonluq Azercell ailəsinə qoşulan yeni müştərilər üçün nəzərdə tutulub. Kampaniyanın şərtlərinə əsasən, mart ayının 31-nə qədər istənilən Azercell abunəçisi “Heftesonu” açar sozünü yazib 2525 qisa nömrəsinə göndərərsə, şənbə günü saat 00:00-dan bazar günü saat 23:59:59-a qədər limitsiz həftəsonu mobil internet paketindən pulsuz istifadə edir. Mart ayının bütün həftə sonları boyu pulsuz internetdən yararlanmaq üçün abunəçilərə növbəti şənbə və bazar günləri ərzində sistemi aktivləşdirmək üçün “Heftesonu” açar sözünü hər həftə göndərməsi tövsiyə edilir.

Əlavə olaraq bildirmək istərdik ki, 2013-cü ildə Ookla Net İndex göstəricisinə əsasən, Azərbaycanda ən yüksək mobil internet sürətini- saniyədə 5.5Mb, məhz Azercell təmin edir. Şirkətin hər ikinci abunəçisinin fəal mobil internet istifadəçisi olduğu halda, Azercell müştəriləri arasında mobil internetdən istifadənin artım göstəricisi 120%-dən artıq olmuşdur. Məlumat üçün bildirək ki, son 2 il ərzində Azercell Mobil Internetin 1 MB üçün olan qiymətini 13 dəfə aşağı salıb. Etibarlı rabitə və unikal xidmətlərlə bərabər, Azercell öz abunəçilərini hər zaman olduğu kimi, yeni kampaniyalar və sərfəli tarif planları ilə sevindirməyə davam edir.

Geri qayıt