Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "5 dəfə nazirliyin 142 "qaynar xətti"nə zəng vurmuşam..."
"5 dəfə nazirliyin 142 "qaynar xətti"nə zəng vurmuşam..."14-06-2024, 12:11 |
Goranboy rayonu, Dəliməmmədli şəhəri, Vidadi küçəsi 44 ünvanında yaşayan İsgəndərov Sübhan Rizvan oğlu tərəfindəm Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, ünvanlı sosial yardım almaq üçün müvafiq qurumlara müraciət etsə də, aylardır rəsmi qurumlardan cavab ala bilmir: "Məlumat üçün bildirim ki, ali təhsilliyəm və hazırda müəllim işləyirəm, 10 saat dərsim var. Ailəliyəm və iki oğul atasıyam. Keçən il sosial yardım almışam. Fevral ayında yardım dayandırıldı. Aprelin 1-də təkrar müraciət etdim. Lakin müraciətimin üzərindək iki ay yarım keçsə də, gəlib yoxlayan və mənə cavab verən yoxdur. 5 dəfə nazirliyin 142 "qaynar xətti"nə zəng vurmuşam. Deyirlər ki, bəli, siz aprelin 1-dən qeydiyyatdasınız. Amma bu günə kimi gəlmirlər. Saytınız vasitəsilə müvafiq qurumlardan xahiş edirəm ki, müraciətimə baxılması üçün tədbir görülsün". Geri qayıt |