Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şərurda dializ xəstələrinə aparat çatmır
Şərurda dializ xəstələrinə aparat çatmır24-06-2024, 11:48 |
Naxçıvan şəhəri, Şərur rayonu sakini Hüseynova İlhamə Məmməd qızı tərəfindən Hurriyyet.az saytının redakiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Şərur Rayon Mərkəzi Xəstəxanasında yerləşən 5 dializ aparatından cəmi 3-ü işləyir, 2-i yararsız vəziyyətdədir: “Mən, Hüseynova İlhamə Məmməd qızı, yazaraq bildirirəm ki, Şərur Rayon Mərkəzi Xəstəxanasında quraşdırılan 5 dializ aparatından cəmi 3-ü işləyir, qalanları sıradan çıxıb. Xəstə sayı 18 olduğundan, aparatdan istifadə etmək mümükün olmur, çoxumuza çatmır. Dəfələrə rəhbərliyə müraciət etmişik. Bizə deyilir ki, təmir üçün Bakıdan mütəxəssis gələcək. Ancaq heç bir tədbir görülmür. Xəstəxanada kadr çatışmazlığı var deyə uzaq yerdən usta gözləyirlər, guya kimsə gəlib aparatları düzəldəcək. Uzun müddətdir, bu problemi yaşayırıq. Bu qədər vəziyyəti kritik olan xəstə necə gözləsin? Dərdimizi kimə deyək? Bizi ölümə sürükləyirlər. Bakıdan mütəxəssis gələnəcən kiməsə nəsə ola bilər. Buna isə birbaşa Şərur Rayon Mərkəzi Xəstəxnası birbaşa məsulliyyət daşıyır”. Geri qayıt |