Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İcra başçısı onunla görüşən blogerə İŞ VƏD ETDİ... AMMA...

İcra başçısı onunla görüşən blogerə İŞ VƏD ETDİ... AMMA...


25-06-2024, 11:24
İcra başçısı onunla görüşən blogerə İŞ VƏD ETDİ... AMMA...
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Tarverdiyev Davud Niman oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:
 
İcra başçısı onunla görüşən blogerə İŞ VƏD ETDİ... AMMA...
 
"Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev verdiyi sözə hələ də əməl etməyib. Belə ki, 04.06.2024-cü il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında keçirilən vətəndaşlarla görüşdə iştirak etdim. Rayon rəhbərliyinin qəbulunda oldum. İcra başçısı Natiq Ağayevə gənclərin ümumi və özümün işsizlik çətinliyim barəsində danışdım. Keçirilən görüş zamanı rayon rəhbərliyi N.Ağayev mənim işlə təmin olunacağıma və mənimlə əlaqə saxlanacağına söz verdi.

Lakin, görüşdən artıq 1 aya yaxındır müddət keçməsinə baxmayaraq mənim işsizlik problemim həll olunmayıb və başçı verdiyi sözə hələ də əməl etməyib. Mən uzun illərdir sosial şəbəkələrdə sosial video blogerlik fəaliyyəti ilə məşğulam. Blogerlik fəaliyyətimdə isə qazancım yalnız reklamlardan ibrarətdir. Reklam çəkilişləri edərək qazanc əldə edirəm. Reklama görə müraciət edən olmadığı  üçün pul qazana bilmirəm. Buna görə yoxsulluq həddində acınacaqlı durumda yaşayıram.Ailəmizdə heç kəs işləmir.
 
İşsizlik problemim üçün ölkə başçısı cənab İlham Əliyevə müraciət edirəm. Artıq dərəcədə xahiş edirəm ki, bu məsələ ilə bağlı mənə kömək edəsiniz..."

Geri qayıt