Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Kapital Bank” sahibkarı zərərə salıb
“Kapital Bank” sahibkarı zərərə salıb28-06-2024, 16:54 |
Şiddətli şəkildə heç bir sahibkara, fiziki şəxsə qəti şəkildə “Kapital Bank”la əməkdaşlığı tövsiyyə etmirəm. Son 3 ayda çəkdiyimiz əsəb, stress burunlarından gəlsin deyirəm və başqa bir şey də demirəm. Təəssüf ki, həyatımızı Kapital Bank kimi xidmətdən xəbərsiz bir bankla keçiririk. Tribunainfo.az xəbər verir ki, bu sözləri uzun müddətdir “Kapital Bank”la əməkdaşlıq edən və bundan peşman olan sahibkar Tural Yunisi yazıb. O bildirib ki, “Kapital Bank” və əməkdaşları o qədər qeyri-peşəkardır ki, mart ayından bu günə qədər 1 texniki problemi aradan qaldıra bilməyiblər: “Texniki problem də nədir sizcə? Təsisçiyə divident ödənilir, imtina gəlir, hansı ki, birbank biznesdə sənəd əlavə etmək hissələri işləmir, biz də ümumi sənəd dövriyyəsinə yükləyirik. Zəng edib sonra başa salırıq, ondan sonra “danq” edir bunlara və günlər çəkir bu prosses. 3 dəfə divident ödəmişik, hər üçündə eyni hal. Hələ də yarıtmırlar. Bardağı daşıran son damla isə dünən olub. Ə.Rəcəblidə filialda biznes kartdan nağdlaşdırma edəndə pul balansdan silinir, bankomat pulu vermir. Zəng edirik, əzbərçi operatorlar nə deyir? 30-40 dəqiqə ərzində geri qayıdacaq. qayıtdımı? Əlbəttə xeyr! Nəyi yarıdıblar ki, bunu da yarıtsınlar”. Şikayətçi məsləhət görür ki, mümkün qədər “Kapital Bank”dan uzaq qaçmaq mlazımdır: “Bunu həm adi istifadəçi kimi, həm də sahibkar kimi şiddətlə tövsiyyə edirəm”. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |