Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Zaur Mikayılovdan İŞÇİLƏRƏ ŞOK ZƏRBƏ...
Zaur Mikayılovdan İŞÇİLƏRƏ ŞOK ZƏRBƏ...3-07-2024, 11:19 |
Azərbaycan Dövlət Su Ehtiyatlari Agentliyinə keçidi ilə bağli əməkhaqqıları 20-40 faiz arası azaldılır. Dia-az.İnfo bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Buna etiraz edən işçilər artıq kütləvi şəkildə narazılıqlarını da ifadə etməyə başlayıblar. İşçilər deyir: "Agentlik yarananda işçilər çox sevindi ki əmək haqqılarında yəqin ki artım olar. Amma bilməzdilər ki əmək haqqılarında 20-40 faiz arası azalma var. Rayon idarələrinə bununla bağlı yeni "akla"dın qrafikləri gəlib. 27 iyun 2024 tarixindən yeni maaşlar aşağıdakı kimi olacaq: Rayon sukanal idarəsinin şöbə rəislərinin "aklad"ı 1195 manat idi, 815 manat ediblər... Qəza Xidmətinin işçilərinin "aklad"ı 952 manat idi, salıblar 600 manata... Nəzarətçilərdə 778 manat idi, 600 manat ediblər..." Geri qayıt |