Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Saatlıda Heydər Əsədova qarşı narazılıqları kim yaradır? – Keçmiş nazir yeni nazirə qarşı
Saatlıda Heydər Əsədova qarşı narazılıqları kim yaradır? – Keçmiş nazir yeni nazirə qarşı25-03-2014, 11:43 |
DİA.AZ: - Saatlıda fermerlər yeni kənd təsərrüfatı naziri Heydər Əsədova qarşı körüklənir. Bu barədə DİA.AZ-a rayondakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, hələ də keçmiş KTN şefi, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovun hökmünün keçdiyi KTN-də məqsədli olaraq fermerlərə ciddi problemlər yaradılır ki, bu işdə də İsmət Abbasovdan qalma kadrların rolu müstəsnadır. Konkret olaraq Saatlıda İsmət Abbasovun nazirlikdəki adamları tərəfindən təxribat planının icrası sifarişinin verildiyini bildirən rayon sakinlərindən biri dia-az.life-a açıqlamasında qeyd etdi ki, bayram günlərində Bakıdan gələn şübhəli qonaq yerli fermerlərin pambıq təsərrüfatlarının bu il ciddi zərərə uğrayacağını bildirmiş, onları yeni nazirə qarşı etiraz aksiyası keçirməyə təhrik etmişdi. Sakinlər deyir: “Saatlıda doğrudur, fermerlərin ciddi problemləri var, amma bu problemlər keçmiş nazirin dönəmindən qalıb. Amma nazirliyin şübhəli əməkdaşları fermerlərə “məsləhət görüblər” ki, etiraz etsələr, haqqlarına nail ola bilərlər”. Qeyd edək ki, dünya bazarında pambığın qiyməti yüksək həddə olsa da, Azərbaycandakı monopolistlər fermerlərdən bir kiloqram pambığı həddən artıq dəyər qiymətindən ucuz alırlar. Bunların arxasında isə zamanında İsmət Abbasov dayanırdı. "Saatlıda "pambıq mafiyası" elə bir vəziyyət yaradıb ki, fermerlər onların çaldığı hava ilə oynamağa məcbur qalıblar. Faktiki olaraq fermerlər monopolistlər tərəfindən istismar edilib. Bu baxımdan onların narazılıq üçün yetrəincə əsasları olsa da, bundan sui-istifadəyə maraqlı deyillər. Bunu da sakinlər deyir və bildirirlər ki, onlara problemlərinin həlli daha maraqlıdır. Ona görə də bu il durumlarının yaxşılaşması üçün Heydər Əsədovdan yardım istəməyi də düşünürlər. Geri qayıt |