Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kərəm Mustafayev həbsdən qurtula BİLƏCƏKMİ?

Kərəm Mustafayev həbsdən qurtula BİLƏCƏKMİ?


8-07-2024, 11:00
Kərəm Mustafayev həbsdən qurtula BİLƏCƏKMİ?
Məlum olduğu kimi, keçən həftə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayev general-polkovnik Kərəm Mustafayev vəzifəsindən çıxarılaraq, sərəncama göndərilib. Qeyd edək ki, bu haqda ilk xəbəri də elə Dia-az.İnfo olaraq bizlər oxucuların diqqətinə təqdim etmişdik.
Onun yerinə təyin olunan general-mayor Kərəm Seyidov isə, hazırda Naxçıvandadır və bu gündən vəzifəsinin icrasına başlayacağı bildirilir:
“Kərəm Mustafayevə dərhal sərəncama göndərildiyi bidirildi və anındaca, 30 dəqiqə içərisində qərargahı tərk etmək əmri verildi. Şəxsi əşyalarını götürmək imkanı olmadı. Bizdə olan məlumata görə, onun vəzifədən çıxarılmasının səbəbi son vaxtlar orduda baş verən qəlt hadisələrini bədbəxt hadisə kimi qələmə verib, nazirliyi aldatmağa cəhd etməsi olub. Yeni komandanın sabahdan işini təhvil götürüləcəyi bildirilir”.
Kərəm Mustafayevin adı korrupsiya, hərbçilərin maaşlarının mənimsənilməsində və digər özbaşınalıqlarda da çəkilir. Onun qardaşı Neymət Mustafayevin zabit və əsgərləri öz tikinti şirkətində qul kimi işlətməsi ilə bağlı Dia-az.İnfo-ya xeyli şikayətlər daxil olmuşdu.


Geri qayıt