Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ramin Abdullayevlə tender şirkətləri arasında haram pul davası

Ramin Abdullayevlə tender şirkətləri arasında haram pul davası


11-07-2024, 14:23
Ramin Abdullayevlə tender şirkətləri arasında haram pul davası
"Son vaxtlar ölkə mediasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin qanunsuz əməlləri ilə bağıl bir-birindən ilginc məlumatlar yer almaqdadır. Mediada yer alan məlumatlardan da bəlli olduğu kimi, Ramin Abdullayev himayədarı - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətovun “xeyir-duası” ilə 44 günlük Vətən müharibəsində evləri dağıdılan Gəncə sakinlərini süründürməkdə, onların mənzillə təminatını süni şəkildə ləngitməkdədir". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirirli: "Məqsəd öz yaxın adamlarının adına rəsmiləşdirdiyi tenderlər vasitəsilə proseslərdən daha çox pul qazanmaq, mövcud situasiyadan maksimum qazanclı çıxmaqdır. Lakin mediada yer alan məlumatlar və bu məlumatlar fonunda yuxarı insantansiyaların basqısı Ramin Abdullayevi çətin vəziyyətə salıb. Nəticədə onunla köhnə ortaqları –“Konqo” və “Parlaq” şirkətlərinin rəhbərliyi arasında ciddi problem yaranıb.

Ramin Abdullayevlə 44 günlük Vətən müharibəsində Gəncədə dağıdılan evlərin tikintisini həyata keçirməli olan “Konqo” və “Parlaq” şirkətləri arasındakı qarşıdurmaya səbəb tərəflərin bu proyektdə yol verdiyi şərikli yeyinti ilə bağlıdır. Belə ki, Ramin Abdullayev büdcədən tikinti işləri üçün ayrılan vəsaitdən mümkün qədər qoparmaq üçün inşaat işlərini özünə yaxın olan şirkətlərə - “Konqo” və “Parlaq” şirkətlərinə həvalə etmişdi. Lakin tikinti üçün ayrılan vəsaitin Ramin Abdullayev və tender şirkətləri tərəfindən hədsiz mənimsənilməsi sonda ilginc mənzərənin yaranmasına səbəb olub. Medianın sözügedən problemi gündəmə gətirməsindən sonra yuxarı instansiyaların Ramin Abdullayevə basqısı nəticəsində məlum olub ki, ortada olan pul tikinti prosesini başa çatdırmaq üçün yetərli deyil. Ən maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, Ramin Abdullayev məlum proyektdən yeyintini tender şirkətlərinin əli ilə həyata keçirdiyi üçün onlara basqı göstərə bilmir. Çünki hər bir təzyiq və ittiham şirkət rəhbərləri tərəfindən “nə demisən, onu da etmişik” cavabı ilə qarşılanır.

Ramin Abdullayev yaranmış vəziyyətlə bağlı himayədarı Namiq Hümmətovu məlumatlandırsa da, böhrandan çıxış yolu görünmür. Nə Ramin Abdullayev, nə də tender şirkətləri mənimsədikləri vəsaiti geri qaytarmaq istəmədikləri üçün vəsait çatışmazlığı probleminin həlli mümkün görünmür.
Bu azmış kimi, Namiq Hümmətov və Ramin Abdullayevin fəaliyyətinin təftiş edilməsi təhlükəsi yaranıb ki, bu da hər iki şəxsin digər qanunsuz əməllərinin də üzə çıxacağı deməkdir. Bu səbəbdən də Namiq Hümmətov və Ramin Abdullayevin təşviş içində problemdən çıxış yolu axtarışındadır. Gəncə sakinləri isə ümid edir ki, gec də olsa bu problem öz məntiqi həllini tapacaq və onlar nəhayətdə öz mənzillərinə qovuşa biləcəklər..."

DAVAMI VAR...

Geri qayıt