Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Dərdimi dedim, məni “DOST” MMC-yə götürmədilər"
"Dərdimi dedim, məni “DOST” MMC-yə götürmədilər"19-07-2024, 12:04 |
Xızı rayonunun Giləzi qəsəbəsinin sakini Soltanov Şahin Ələddin oğlu Hurriyyet.az saytının redaksiyasına şikayət ərizəsi göndərib. Vətəndaş deyir ki, fəhlə kimi işlədiyi “DOST” İş Mərkəzindən qanunsuz şəkildə işindən uzaqlaşdırılıb. Onun iddiasına əsasən, pul müqabilində başqa şəxsləri işə götürürlər: “Mən, Soltanov Şahin Ələddin oğlu, yazaraq bildirirəm ki, 2019-cu ildə əməliyyat olunmuşam, bir böyrəyimi götürüblər. Dəfələrlə Xızı Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişəm ki, məni pensiyaya çıxarsınlar, amma etmədilər. Qəsəbə sovetinə getdim, dərdimi dedim. Məni “DOST” MMC-yə götürmədilər. 2021-ci ildə nazirliyin “qaynar xətt”inə zəng etdikdən sonra qurum məni iş üçün çağırdı. Giləzi qəsəbəsində fəhlə kimi çalışmışam, zibil yığmışam, ot biçmişəm, ağac əkmişəm və s. 2024-cü ilin aprel ayında bizə deyildi ki, may ayında işləmək üçün Xızı rayonunun özünə gedəcəksiniz, nazirlik belə deyib. Özü də işimizin bağlanmaq üzrə olduğunu vurğuladılar. Dedilər ki, bura gəlməyin, gedin, iş tapın. Yəni qanunsuz şəkildə bizi rayona apardılar ki, biz gedib-gələ bilməyək, yerimizə pul qarşılığında adam götürsünlər. Qəsəbə “soveti” Aydın Dadaşov, Mənzil Kommunal İstismar Sahəsinin müdiri Samir işə pulla adam gətirirlər. Nə qədər adamın adı qeydiyyatdadır, ancaq gəlmirlər, pulu alıb yeyirlər. Biz rayona gedib-gələ bilmirik, əzab çəkirik, yol və yemək xərci cibimizdən çıxır. 326 manat maaş alırıq, o da belə gedir. Ailəliyəm, xəstə halımla necə dolanım? İndi yaydır, amma qışda gediş-gəliş çox çətin olur. Bizim kənddən rayona 35 km məsafə var. Xızı dağlıq yerdir. Xahiş edirəm, əvvəlki kimi öz kəndimizdə işləyək, qanunsuz şəkildə başımıza oyun açmasınlar”. Geri qayıt |