Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sağlam Ailə Tibb Mərkəzində ƏCAİB QAYDALAR...
Sağlam Ailə Tibb Mərkəzində ƏCAİB QAYDALAR...19-07-2024, 16:36 |
"Şikayətim "Sağlam Ailə" Tibb Mərkəzindən, şəxsən həkim Rafiq Hüseynzadədəndir". Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rahim Qədirov adlı istifadəçi giley edir. Narazı vətənmdaş daha sonra yazır: "50 manat ödəniş etdikdən sonra həkimlə 10 dəqiqəlik görüşüm baş tutub. Görüş zamanı həkimin müalicə üsulunu bəyənməmişəm. Üstəlik problemin ilkin variantını öyrənməmiş mənə Sağlam Ailə Nərimanov filialında 452 AZN dəyərində analizlər yazıb ki, bu da xəstəxananın maddi maraqlarını güdmək xatirinə atılmış addımdır. Mən həmin həkimin yanına getmək istəmədiyimi, həkimin mənə heç bir məsləhət, resept və ya xidmət göstərmədiyini, ödənişimi geri istədiyimi dedikdə isə müxtəlif absurd bəhanələrlə ödənişi geri qaytarmaqdan imtina edirlər..." Geri qayıt |