Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Qurtuluş-93”-dəki ÖZBAŞINALIQ DAVAM EDİR...

“Qurtuluş-93”-dəki ÖZBAŞINALIQ DAVAM EDİR...


19-07-2024, 17:03
“Qurtuluş-93”-dəki ÖZBAŞINALIQ DAVAM EDİR...
bşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində qanunsuz inşaat işinin aparılması barədə xəbər vermişdik. Aparılan inşaat işinin qanundankənar olduğu həm Abşeron Rayon İcra Hakimiyyətindən, həm də Fövqəladə Hallar Nazirliyindən (FHN) Yeniavaz.com-a verilən rəsmi məlumatlarda öz təsdiqini tapıb.
Daha əvvəl FHN-dən verilən məlumatda qanunsuz tikintinin qurum tərəfindən nəzarətə götürüldüyü və sökülməsinə başlanıldığı bildirilmişdi. Sakinlər inşaat prosesinin davam etdiyini bildirdikdə, FHN təkrar açıqlama vermiş və bir daha tikintinin nəzarətə götürüldüyünü bəyan etmişdi.
Masazır sakinləri növbəti dəfə Yeniavaz.com-a müraciət edərək, ərazidə tikinti prosesinin davam etdirildiyini bildiriblər.
Onlar qanunsuz tikintinin davam etdirildiyinə dair fotoları da redaksiyamıza təqdim ediblər:

“Qurtuluş-93”-dəki ÖZBAŞINALIQ DAVAM EDİR...
“Qurtuluş-93”-dəki ÖZBAŞINALIQ DAVAM EDİR...

Məsələ ilə bağlı təkrar FHN-ə müraciət etdik. Qurumdan bildirilib ki, obyekt sahibinə icazə sənədinin alınması barədə xəbərdarlıq edilib:
“Bildiririk ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” Yaşayış Kompleksi ərazisində aparılmış qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı icazəverici sənəd olmadığından, tikinti işlərinin dayandırılıması barədə 24.06.2024-cü il tarixli 0554 nömrəli Qərar verilmişdir. Qərar tikinti ərazisinə nəzarətdə saxlamaq məqsədi ilə aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinə göndərilmişdir.
Lakin, verilmiş qərara məhəl qoymayaraq ərazidə bir neçə dəfə tikintinin aparılmasına cəhdlər edilmiş, bu cəhdlərin qarşısı alınmış, obyektdə qismən söküntü işləri aparılmışdır.
Hal-hazırda tikinti işləri dayandırılmış və obyekt sahibinə icazə sənədinin alınması barədə xəbərdarlıq edilmişdir. Müəyyən edilmiş müddətdə tikintiyə dair icazə sənədi alınmadığı təqdirdə Agentlik tərəfindən qaydalarla müəyyən edilmiş növbəti tədbirlər həyata keçiriləcəkdir”.
Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də Yeniavaz.com-a açıqlama verilmiş və sözügedən ərazidə bu ilin aprel ayında ağac kəsilməsi ilə bağlı araşdırma aparıldığı bildirilmişdi:
“Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - Nazirliyin məlumatında qeyd olunur.


Geri qayıt