Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Cəbhə bölgəsinin iki rayonunun rəhbəri dəyişdirilir - Hakimiyyətdən yeni islahat dalğası
Cəbhə bölgəsinin iki rayonunun rəhbəri dəyişdirilir - Hakimiyyətdən yeni islahat dalğası27-03-2014, 15:04 |
DİA.AZ: - İcra başçılarından bəziləri bu günlərdə vəzifələrindən azad oluna bilər. Xatırladaq ki, neçə müddətdir rayon rəhbərlərinin ələmə prosesinin başlanacağı ilə bağlı məlumatlar yayılmaqdadır. Hökumət içindəki mötəbər mənbədən DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, ilk olaraq gözləntilərini əksinə - cəbhə bölgəsinə aid rayonların icra başçıları vəzifələrindən alınacaq. Mənbənin söylədikləri: «Ağdam və Xocavənd rayon icra hakimiyyəti başçıları yaxın günlərdə işdən çıxarılacaq. Bunun ardından isə digər rayonların da bəzilərinin icra başçıları ilə bağlı anoloji qərar veriləcək». Xəbəri verən qaynaq dia-az.life-a bildirir ki, mətbuatda adları daha çox hallandırılan Xətai və Xaçmaz rayon icra hakimiyyətinin başçıları da «vurulanlar» sırasındadır. Geri qayıt |