Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > ADAU-da ZƏFƏR... bu dəfə uğura işarə deyil...

ADAU-da ZƏFƏR... bu dəfə uğura işarə deyil...


26-07-2024, 11:34
ADAU-da ZƏFƏR... bu dəfə uğura işarə deyil...
30 illik əzab-əziyyətdən sonra torpaqlarımızın şərəfli SAVAŞ yolu ilə azad edilməsinin ardından ümummilli leksikonumuzda ən mübarək yerlərdən birini tutmaqda olan ZƏFƏR... ZƏFƏR YOLU kimi kəlmələr maləsəf ki, bütün ünvanlarda eyni uğurla, eyni fərəhlə istifadə olunmur. Məsələn, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru postunu Zəfər Qurbanov adlı elmdən kənar bir sima tutmaqdadır. Və maləsəf ki, adı Zəfər olan bu rektorla elmimiz heç də hansısa qələbəyə ümid edə bilməz...

Bunu elə Dia-az.İnfo-ya daxil olan ADAU müəllimlərinin növbəti müraciətindən də anlamaq olar. Müəllimlər yazırlar:

"Zəfər Qurbanov Aqrar Universitetə rektor təyinatından bu günə qədər  kadr islahatını düzgün aparmadı. Kadr islahatında ancaq qohumçuluğa və maddi maraqlara üstünlük verdi. Nəticəsi də göz önündədir...

Zəfər Qurbanov o qədər rahatdır ki, Aqrar Universiteti Bakda ailəsi ilə birlikdə qalaraq idarə edir. Şikayyəti olanalar müəllim və tələbə kollektivi belə qiyabi rektoru tapa bilmir.

     Aqrar sahənin ən aparıcı sahələrindən biri olan Baytarlıq Təbabəti fakültəsini ancaq rüşvətə meyilli şəxsləri dekan təyin etməklə fakultədə ixtisaslı mütəxəssiz hazırlığını məhv etdi. Bundan əvvəl dekan işləyən Famil Nəsirovun rüşvət alarkan hüquq mühafizə orqanları tərəfindən tutularaq vəzifəsindən azad edilməsi Aqrar Universitetin adınını və nüfuzunu məhv etdi.

Onu da qeyd etmək lazımdır ki, 100 yaşı olan qocaman Universitetdə belə bir biyabırçılıq olmamışdı amma Zəfər Qurbanovun idarəçiliyində oldu..."

DAHA ƏTRAFLI VƏ İLGİNC FAKTLAR... növbəti yazımızda...

Geri qayıt