Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Belə çıxır ki, biz heyvanıq, əlacsızlıqdan yaşayırıq..."

"Belə çıxır ki, biz heyvanıq, əlacsızlıqdan yaşayırıq..."

27-07-2024, 10:58
"Belə çıxır ki, biz heyvanıq, əlacsızlıqdan yaşayırıq..."
Salyan rayon sakini Hüseynov Mahmudağa Əhmədağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, pensiya verilməməsindən şikayətçidir:

“Mən, Hüseynov Mahmudağa Əhmədağa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Pensiya üçün müraciət etmişəm, mənə pensiya vermirlər. Şərt qoyurlar ki, işdən çıx.

Hazırda DOST MMC-də işləyirəm. 326 manat əmək haqqı alıram, onun 50 faizini bank tutur.

İki azyaşlı övladım var. Birinin 11, digərinin 12 yaşı var. Sosial yardım üçün də müraciət etmişəm, imtina cavabı gəlir.

Evimiz baçımıza uçur, imkan yoxdur deyə təmir etdirə bilmirəm. İcra Hakimiyyətindən gəlib evə baxış keçiriblər, bildirdilər ki, burada adam yaşaya bilməz. Belə çıxır ki, biz heyvanıq, əlacsızlıqdan yaşayırıq.

İşləyənə pensiya vermirlər, sosial yardım vermirlər. Bəs, bu nazirlik sosial yardımı kimə verir”.

Geri qayıt