Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bədəl Bədəlov dövlətdən oğurladıqları milyonları itirə bilər

Bədəl Bədəlov dövlətdən oğurladıqları milyonları itirə bilər


29-07-2024, 11:18
Bədəl Bədəlov dövlətdən oğurladıqları milyonları itirə bilər
"Sabiq millət vəkili Adil Əliyevin Bakının Suraxanı rayonunun icra başçısı təyin olunması Əziz Əzizov və onun “əzəli şəriki” Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə sabiq vitse-prezidenti Bədəl Bədəlovun yuxusunu ərşə çəkib. Belə ki, Adil Əliyev icra başçısı təyin ediləndən qısa müddət sonra, rayon ərazisində həyata keçirilən alqı-satqıların, tikinti işlərinin təftişinə qərar verib ki, bu da dəhşətli qanunsuzluqları üzə çıxarıb". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Hələ də davam edən təftiş nəticəsində məlum olub ki, rayon ərazisində Əziz Əzizov və Bədəl Bədəlova məxsus dəyəri milyon manatlarla ölçülən çoxlu sayda obyekt mövcuddur. Hansı ki, bu obyektlərin hamısına qanunsuz yollarla – vəzifə səlahiyyətindən sui-istifadə etmək, dövlət büdcəsini talamaq, vətəndaşlardan külli miqdarda rüşvət almaqla sahiblənilib. Rayon əraizindəki əksər iri ticarət mərkəzlərinin, restoran və kafelərin sahibi bu iki şəxsdir.
Ən maraqlısı isə bu obyektlərin bir çoxunun SOCAR-a məxsus ərazilərdə inşa edilməsidir. Nümunə üçün qeyd edək ki,Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, döngə 2-də Neft Şirkətinə məxsus torpaqlar Əziz Əzizov və Bədəl Bədəlov tərəfindən zəbt edilib. Zəbt edilən bu ərazidə onlar fərdi ev və obyekt inşa deilib ki, onların ən ”sanballıları” Əziz Əzizovla Bəsəl Bədəlova məxsusdur.
Suraxanı rayonunun Yeni Suraxanı ərazisində – “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazi belə Bədəl Bədəlov tərəfindən zəbt edilərək mənimsənilib.
Təftiş çərçivəsində aparılan araşdırma nəticəsində bəlli olub ki, Əziz Əzizovla Bədəl Bədəlov uzun illər ərzində neft torpaqlarını kütləvi şəkildə satıb. Nəticədə bu gün Suraxanıda SOCAR-a məxsus ərazilərdə minlərlə ev və qeyri-yaşayış obyekti tikilib ki, onların sökülməsi vətəndaşlar tərəfindən kütləvi etiraza səbəb ola bilər. Başqa sözlə desək, Əziz Əzizovla Bədəl Bədəlovun tamahı dövlət üçün həlli müşkül olan ciddi problemlər yaradıb ki, Adil Əliyevin bu problemləri necə, hansı şəkildə həll edəcəyi maraq doğurur.
Ehtimal ki, bütün bu qanunsuzluqlar, Əziz Əzizov və Bədəl Bədəlova məxsus külli miqdarda sərvətlə bağlı məlumatlar Adil Əliyev tərəfindən yuxarı instansiyalara təqdim ediləcək, problemin həlli yolu da məhz “yuxarıların” təlimatı əsasında həyata keçiriləcək. Bu isə o deməkdir ki, Adil Əliyevlə Bədəl Bədəlovun Surxanıdakı daşınmaz əmlaklarının taleyi risk altındadır və bu əmlakların dövlət tərəfindən müsadirə edilərək təkrar satışa çıxarılması, əldə edilən vəsaitlərin Qarabağdakı bərpa prosesinə yönəldilməsi ehtimalı kifayət qədər böyükdür..."

Geri qayıt