Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > PA rəhbərliyindən 2 rayonun icra başçısı ilə bağlı qərar

PA rəhbərliyindən 2 rayonun icra başçısı ilə bağlı qərar


28-03-2014, 16:25
PA rəhbərliyindən 2 rayonun icra başçısı ilə bağlı qərar
DİA.AZ: - «Bu gün Prezident Administrasiyası tərəfindən konkret olaraq iki . rayonun icra başçısına qarşı kampaniya aparılır». Bu məlumatı DİA.AZ-a verən mötəbər mənbə iddia edir ki, konkret olaraq PA rəhbərliyinə aid çevrələr adlarını çəkmədiyimiz iki rayonun icra başçısını hədəfdə saxlayırlar.

Mənbənin söylədikləri: «Artıq neçə gündür ki, həmin icra başçıları «vurulur». Onlara qarşı PA rəhbərliyinə qarşı KİV_lərdə təbliğat aparılır. Digər KİV_lərə isə dolayı yollarla informasiya ötürülür. Məqsəd gəoəcək həlleidici zərbələr üçün zəmin - alt baza hazırlamaqdır».

Onu da bildirək ki, həmin icra hakimiyyəti başçıları ilə bağlı DİA.AZ kifayət qədər məlumatlıdır. Sadəcə olaraq bu yöndə araşdırma aparırıq. Və daha dolğun bilgiləri yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik.

Mənbəmiz PA rəhbərliyinin həmin icra başçılarını hansı səbəbdən hədəfə aldığını da bildirib.

Bizi izləməkdə davam edin…



Geri qayıt