Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı

“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı


31-07-2024, 11:21
“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı
“Bakcell” şirkətinin dəstəyi ilə qadınların İKT üzrə bilik və bacarıqlarının artırılmasına yönəlmiş xüsusi təqaüd proqramı davam edir. Proqram çərçivəsində iki ay müddətində baş tutacaq ixtisas təlimlərinə start verilib.

“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı “Women in Tech” (WIT) beynəlxalq təşkilatı və Təhsilin İnkişafı Fondunun (TİF) birgə təşkilatçılığı, “Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilir. Seçim mərhələsini uğurla keçmiş 15-45 yaş aralığında olan xanımlar iki ay ərzində UX/UI dizayn, kibertəhlükəsizlik, rəqəmsal marketinq və digər ixtisaslara yiyələndikdən sonra işlə təmin olunacaqlar.

"Təqaüd proqramına dəstək göstərməkdə əsas məqsədimiz Azərbaycan xanımları arasında informasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsini yüksəltmək, onları gələcəkdə bu sahə üzrə karyera qurmağa həvəsləndirməkdir. Şirkətimiz özünü inkişaf etdirməyə həvəsli olan xanımlara hər zaman dəstək göstərməyə hazırdır", - deyə “Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.

Azərbaycanın ilk riyaziyyatçı qadın alimi Maya Hacıyevanın adına olan təqaüd proqramı 2023-cü ildə təsis edilib. Proqramın məqsədi cəmiyyətin inkişafında bilavasitə rolu olan qadınların gələcəyin peşələrinə yiyələnərək iqtisadi azadlıqlarını əldə etmələrinə, öz arzularını reallaşdırmağa dəstək göstərməkdir.

Qadınların təhsil və məşğulluq imkanlarının artırılması “Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlayır.

Dia-az.İnfo

Geri qayıt