Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Təhsil Nazirliyi Ali Məhkəmənin qərarını icra etmir...

Təhsil Nazirliyi Ali Məhkəmənin qərarını icra etmir...


31-07-2024, 13:10
Təhsil Nazirliyi Ali Məhkəmənin qərarını icra etmir...
19 il Gəncə şəhər 39 saylı məktəbdə müəllim işləyən Səfər Hüseynov işdən qanunsuz olaraq çıxarıldığını iddia edir.

O, bu barədə "Bakupost" TV -yə müsahibəsində bildirib.
Məktəbdə "Çağırışaqədərki hazırlıq" fənnini tədris edən müəllim deyir ki, bəzi şagirdlər günlərlə dərsdə iştirak etmədiyi üçün onlara qayıb yazıb. Məktəb direktoru isə bu addımına görə onunla mübahisə edib və S.Hüseynovu işdən çıxarıb.
“O, jurnalda uşaqlara qayıb yazılmasından narazı idi. Bir sinifdə 17 şagird 5 ay dərsə gəlməyib. Elə sinif var ki, heç 20 şagird dərsə gəlmirdi. Direktor deyirdi ki, “şagirdlər dərs vaxtı repetitor yanına getməklə yüksək bal toplayırlar və məktəbin reytinqini qaldırırlar. Əgər onlar hazırlığa getməsələr, savadları olmayacaq. Ona görə də biz bu uşaqlara imkan yaratmalıyıq ki, yüksək bal toplamaq naminə hazırlığa gedib-gələ bilsinlər". Mən isə dərsdə olmayanlara qayıb yazırdım. Buna görə də direktor saxta sənədləşməylə məni Əmək Məcəlləsinin "ç" bəndiylə işdən çıxardı”.
S.Hüseynov bundan sonra işinə bərpa olunmaq üçün məhkəməyə üz tutub. Ancaq o, hələ də işə bərpa oluna bilməyib.
Daha ətraflı təqdim etdiyimiz süjetdə:



Geri qayıt