Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Kapital Bank” dələduzlarla ŞƏRİKLİK EDİR?
“Kapital Bank” dələduzlarla ŞƏRİKLİK EDİR?15-08-2024, 11:50 |
"Dünən "Kapital bank"dan mənə zəng gəldi. Zəng edən dedi ki, iyun ayında mənim kartımdan xarici hesabdan 5 dollar pul çıxılıb. Əvvəlcə heç nə anlamadım. "Birbank" mobil tətbiqini açıb, nə baş verdiyini öyrənmək istədim. Tətbiqi açan kimi maaş kartımdan hər dəqiqədən bir aşağıdakı şəkildəki kimi pul silinməyə başaldı..." Dia-az.İnfo bildirir ki, bunu öz etirazında tanınmış jurnalist Rəsul Mirhəşimli ifadə edib. Jurnalist başına gələnləri daha sonra belə nəql edir: "Dərhal kartı bloklayıb, "Kapital bank"la əlaqə saxladım. Pulun "Tiktok" vasitəsilə çıxarıldığını dedilər. Aşağıda "Tiktok"dakı link də göstəritilib. Mənim "Tiktok"da hansısa şübhəli durumla qarşılaşdığım olmayım. Tutaq ki, əlim dəyib, belə bir link açılsaydı, kart hesabımı yazmadan o pulu necə çıxa bilərdilər? Həm də bu cür şübhəli linklərə niyə girməliyəm? dia-az.life Bank işçisi problemin həlli yolu üçün kartı bloklayıb, çıxarılan vəsaiti geri qaytara biləcəyini bildirdi. Əlavə etdi ki, bu proses bir gün də çəkə bilər, bir həftə də, bir ay da. Soruşdum ki, əgər kartımdakı vəsaiti tamamilə çıxarıb, bankla əlaqə saxlayıb, bu bloklama işini bir qədər sonra etmək mümkündürmü? Cavab belə oldu: "Kartda istənilən əməliyyat edilsə, pulu geri qaytarmaq mümkün olmaya bilər". Bu da problemin həllinə bankın təklifi... Maaşımı kartdan çıxarıb, kartı blokladım. Hələ şükür ki, 4 dollardan bir az artıq məbləğ ziyana düşməklə bu işdən qurtula bildim. Mənə maraqlı gələn odur ki, niyə bu ölkədə kartlara xaker hücumu, dələdzuluq, anlaşılmaz pul çıxarılması əməliyyatları ən çox "Kapital" bank kartlarında olur? Ortada nəsə var, hələ ki anlamaq olmur..." Geri qayıt |