Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bərdədə şəhid ailələri BUNA GÖRƏ ETİRAZA QALXDI...
Bərdədə şəhid ailələri BUNA GÖRƏ ETİRAZA QALXDI...15-08-2024, 12:36 |
Bərdədə yaşayan şəhid ailələri Bərdə şəhər Şəhidlər Xiyabanına aylardır su verilməməsindən narazılıq edir. Bərdə Suvarma İdarəsi isə Şəhidlər Xiyabanının su təminatında problem olmadığını bildirib. "Şəhidlər Xiyabanı aylardır su ilə təmin edilmir. Sadəcə xiyabanın içində bulaq var. Orada da demək olar su sızaraq gəldiyi üçün xiyabanın içində olan ağac və gülləri sulamaq mümkün deyil. Bərdə Suvarma İdarəsinin rəisi Atamoğlan Babayevin qəbulunda da olmuşuq. O bildirib ki, artiziandan çəkilən su əkin sahələrinə verilir. Şəhidlər Xiyabanında olan bütün ağac və gülləri öz hesabımıza almışıq. İndi bu ağaclar susuzluqluqdan məhv olur. Atamoğlan Babayev dəfələrlə müraciət etməyimizə baxmayaraq bu məsələyə əhəmiyyət vermir. Bununla bağlı ölkə başçısından dəstək istəyirik ki, məsələyə biganə yanaşan Atamoğlan Babayev cəzalandırılsın", - şəhid valideynləri sosial hesablarında yazıb. Bərdədə dəfn edilən şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə faktı anews.az-a təsdiqləyib və bildirib ki, artıq bu problem bir neçə aydır davam edir. "Şəhidlər Xiyabanını yaxınlığında yerləşən artizan suyunu kəsiblər. Xiyabandakı gülləri suvarmaq üçün su tapa bilmirik. Bu hal bir neçə aydır davam edir. Məcbur olub müraciət ünvanlamışıq. Şəhid valideynləri bir neçə dəfə Bərdə Suvarma İdarəsinin rəisi Atamoğlan Babayevin qəbulunda olub. Onlara verilən cavab bu olub ki, su əkin sahələrinə verildiyi üçün kəsilib. Biz Xiyabandakı güllləri öz hesabımıza almışıq. İstəyimiz də budur ki, bu məsələ həll olunsun", - Radə Yusifzadə anews.az-a açıqlamasında bildirib. Məsələ ilə bağlı Bərdə Suvarma İdarəsinin rəisi Atamoğlan Babayev anews.az-a açıqlamasında bildirib ki, Bərdədə yerləşən Şəhidlər Xiyabanında suyun verilməsində heç vaxt problem olmayıb. "Şəhidlər Xiyabanında hər zaman su olub. Bu gün mütəxəssislər həmin əraziyə əlavə bir boru da çəkəcək. Artizian suyu da fasilə olmadan verilib. Artizian suyunun dayanması mümkün deyil. Orada əlavə quraşdırılmış nasos da var. Bundan başqa Şəhidlər Xiyabanında bulaq da tikilib. Oradan keçən əhali də o sudan istifadə edə bilir. Xiyabanda su ilə bağlı hər hansı problem yoxdur, - Babayev vurğulayıb. VİDEO BURADA: http://player.anews.az?v=34202&share_user_id= Geri qayıt |