Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Gəncədə xəstəlik kağızları “od qiymətinə” satılır”
“Gəncədə xəstəlik kağızları “od qiymətinə” satılır”22-08-2024, 15:21 |
Gəncə şəhər sakini Həsənova Cənnət Niyaz qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxslərinə etiraz edir: “Mən, Həsənova Cənnət Niyaz qızı, bildirim ki, 59 yaşım var, tək yaşayıram. Heç kəsdən köməyim yoxdur, yataqxanada yaşayıram. Evimin şəraiti də yoxdur. Başımla bağlı ciddi xəstəliklərdən əziyyət çəkirəm, iş qabiliyyətim yoxdur. Bunu həkim sənədləri ilədə sübut edə bilərəm. Bədənimin bəzi yerlərində “qrija” əmələ gəlib. Xəstəliklərimin sayı-hesabı yoxdur. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bunu sübut etmək qeyri-mümkündür. Gəncədə xəstəlik kağızları “od qiymətinə” satılır. Ciddi yoxlanış olsa görərlər ki, şəhərin 50-60 faizi qrupla pensiyaya çıxıb. Yəqinliklə deyirəm ki, həmin şəxslər heç bir qrupa layiq deyillər. Gördüklərim bunu mənə bir daha sübut edir. Onu da bildirim ki, ürəyim də artıq mənimlə “savaşa başlayıb”. Yəni o da yaşamaq üçün mənə “savaş açıb”. Müalicə etməliyəm, imkan yoxdur. Bu qədər xəstəlikləri olan kimsəsiz qadına heç bir yardım olunmur. Nazirlik o qədər sağlam adama əlillik dərəcəsi verib ki, həqiqi əlillər qıraqda qalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir sualım var. Mənim bildiyimə görə, əlillik dərəcəsi verilən şəxslər xəstə olmalıdır. Harda, hansı qanunda yazılıb ki, sağlam şəxslərə əlillik verilməlidir? Qanun bunu deyirsə, belə çıxır ki, illərim boşa gedib. Kaş, sağlam vaxtı mən də pulumu verib, hansısa qrupu almış olardım. 2019-cu ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı, Gəncə Səhiyyə İdarəsinin göndərişi Respublika Klink Xəstəxanasında müalicə aldım. Oradan mənə sənəd verdilər ki, iş qabiliyyətim yoxdur. Gəncə şəhərində isə məndən istənilən məbləğə gücüm çatmır, bu səbəbdən də xəstəliklərimi təsdiqləmirlər. Aprel ayının 11-dən iyul ayının 16-na kimi xəstəxanada yatdığım müddəti 20 gün kimi yazıblar”. Haşiyə olaraq qeyd edək ki, 6 ay öncə Mehralıyeva Anarə Paşa qızının 1-ci qrup əlilliyinin saxta olduğu haqda redaksiyamıza məlumat daxil olmuşdu. Qarşı tərəfi qanunsuz yolalrla əlillik almaqda ittiham edən mənbə bildirirdi ki, Anarə Mehralıyeva əlillik dərəcəsini qohumunun vasitəsilə alıb. Yənin onun “ömürlük əlil” təyin olunmasına səbəb qohumu olub. Məsələ ilə bağlı nazirliklə əlaqə yaradıb, məlumatı dəqiləşdirmək istədik. 6 aylıq araşdırmadan sonra nazirlik adıçəkilən xanıma 2-ci qrup əlillik dərəcəsi təyin edib. Təəssüflə qeyd edirik ki, belə neqativ hallar çoxdur. Bu kimi insanlar komissiyadan necə keçir və yaxud kimlər keçirir, bütün bunlar araşdırılmalı və ciddi nəzarət olunmalıdır. Geri qayıt |