Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Vaif Talıbovdan sonrakı Naxçıvan: 50 mindən çox adam İŞİNİ İTİRİB...

Vaif Talıbovdan sonrakı Naxçıvan: 50 mindən çox adam İŞİNİ İTİRİB...


27-08-2024, 11:05
Vaif Talıbovdan sonrakı Naxçıvan: 50 mindən çox adam İŞİNİ İTİRİB...
Naxçıvandakı siyasi dəyişiklikdən üzü bəri 50 min nəfərdən artıq muzdla işləyən şəxs iş yerini itirib. Dövlət Statistika Komitəsinin bu günlərdə yadığı rəqəmlər bunu deməyə əsas verir. Komitənin məlumatına görə, hazırda muzdlu işçilərin sayı 59.500 nəfərdir. Siyasi dəyişiklik ərəfəsində, 2002-cü ilin sonunda is bu rəqəm təxminən ikiqat artıq olub: 110.521 nəfər.
Bağlanan iş yerlərinin demək olar ki hamısı özəl sektorun payına düşür. 2022-ci ilin sonunda bu sektorda 73.000 nəfər muzdla çalışan vardısa, hazırda bu rəqəm 23.300-dür.
2022-ci ilin sonlarına kimi Naxçıvandakı özəl sektorun əhəmiyyətli hissəsi o vaxtkı hakim ailə Talıbovların nəzarətində olub. Vasif Talıbov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra isə, ailənin nəzarətində olan fabrik və zavodlar əl dəyişərək, məmurlar arasında bölüşdürülüb. Lakin, bir neçə ay sonra bu müəssisələrin 70 faizdən çoxu bağlanıb. Beləliklə, muzdlu işçilərlə yanaşı on minlərlə günəmuzd işləyən şəxs də işsiz qalıb. Bu da kiçik bir bölgədə böyük bir işsizlər ordusunun yaranmasına səbəb olub.
İş yerlərini itirən naxçıvanlılar Bakı şəhərinə, Türkiyə və digər ölkələrə köçməyə məcbur olublar.

Gündəlik Naxçıvan

Geri qayıt