Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Kapital Bank” Naxçıvanda müəllimləri QARƏT EDİR...

“Kapital Bank” Naxçıvanda müəllimləri QARƏT EDİR...


28-08-2024, 12:06
“Kapital Bank” Naxçıvanda müəllimləri QARƏT EDİR...
Naxçıvanda əməkhaqqı kartları Kapital Banka bağlı olan müəllimlər bildirirlər ki, bank hər ay onların hesabından artıq pullar silir. Müəllimlər “Gündəlik Naxçıvan”a deyirlər ki, onların kartından il ərzində 8-10 dəfə 10 manat məbləğində pul tutulur. Onlar bunun səbəbini öyrənmək istəsələr də, bankdan tutarlı cavab ala bilmədiklərini iddi edirlər.
Şikayətçilərdən Gövhər Musayeva hesab edir ki, bank qeyri-qanuni yollarla onlaraın pullarını mənimsəyir:
“İldə bir dəfə 10 manat tutsalar, bunu xidmət haqqı kimi qəbul etmək olar. Bu ilin 8 ayı ərzində məndən 5 dəfə 10 manat tutulub. Digər tanışlarımda var ki, onlardan da əsassız olaraq müxtəlif məbləğlər tutulub. Banka müraciət etdim, dedilər ki, bizlik deyi, işlədiyiniz müəssisənin rəhbərliyinə müraciət edin. Direktorlar da məsələnin onlarla əlaqəsi olmadığını bidirirlər. Əgər minlərlə müəllimin hər birindən ildə bir neçə dəfə 8-10 manat saxlasalar, bu kifayət qədər iri məbləğ edir. Demək ki, bank müştərilərinə fırıldaq gəlir. Bu, yolverilməzdir”.
Digər şikayətçi Sevinc Babayeva da məktəb rəhbərliyi ilə bank arasında qaldığını deyir:
“Bankdan deyirlər ki, biz ildə bir dəfə 10 manat xidmət haqqı tuturuq, digərlərini ola bilsin məktəb hansısa məqsəd üçün maaşlardan tutur. Direktor da and-aman edir ki, xəbərimiz yoxdur. Aidiyyəti qurumlardan xahiş edirik ki, bunu araşdırıb, aydınlıq gətirsinlər”.

Geri qayıt