Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "İndi təsəvvür edin, parlamentdə necə fəaliyyət göstərəcək..."
"İndi təsəvvür edin, parlamentdə necə fəaliyyət göstərəcək..."2-09-2024, 11:57 |
44 saylı Sumqayıt üçüncü seçki dairəsindən Mehriban Vəliyeva “seçilib”. Güc-bəla ilə, zorla parlamentə dürtülüb Mehriban xanım. Reportyor.info xəbər verir ki, bunu AFN.az-ın əməkdaşı, jurnalist Həbibə Abdulla sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, həmkarı Arifə Əliyeva dünən bir neçə fakt yayıb: “Mənzərə aydın oldu. Üstəlik, Mehriban Vəliyeva ən az səs toplayan namizəd kimi “tarixə düşdü”. Lakin “mənim yazdığım” tarixdə onunla bağlı başqa məqamlar var: bəlkə də aranızda diqqətli dostlar var, xatırlayarlar, övladım 67 saylı məktəbdə oxuyanda məktəblə insident yaşadıq. Daha doğrusu, Valideyn-Müəllim Assosiasiyası (VMA) adlı gərəksiz quruma (QHT-yə) qanunsuz-qaydasız pul yığılmasına etiraz etdik. Həmin vaxt Mehriban Vəliyeva Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəisi idi. Şikayətimizi araşdırmaq üçün iki nəfər əməkdaş göndərmişdi məktəbə, valideynlərlə birlikdə iclas keçirildi, akt bağlandı: valideynlərin 90 faizi bizim dediklərimizi təsdiqlədi. Sonra isə Mehriban xanımın rəhbərliyi altında həmin aktlar ortadan qaldırıldı, yox edildi. Dəfələrlə müraciət etməyimə baxmayaraq, məni qəbul etmədi, məsələni araşdırmadı”. H.Abdulla qeyd edib ki, problemlə bağlı M.Vəliyevanın şəxsən özünə də deyib: “Mənə çox etinasız şəkildə “Sizin məhkəməyə müraciət etmək hüququnuz var” dedi. İndi təsəvvür edin, parlamentdə necə fəaliyyət göstərəcək. Təhsil idarəsində rəhbər olduğu dövrdə mənim kimi valideynlərin haqq səsini eşitməyən insan, seçicilərini də eşitməyəcək, aydın məsələdir!” Geri qayıt |