Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin YUMURTA FIRLDAĞI
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin YUMURTA FIRLDAĞI6-09-2024, 12:07 |
Rəsmi məlumata görə, ötən ay Naxçıvanda 207 min yumurta yarasız adı altında müsadirə olunub. Bu yumurtaların hamısı Naxçıvandan kənarda istehsal olunub və yerli sahibkarlar tərəfindən Naxçıvana gətirilib. Həmin sahibkarlar isə yumurtaların keyfiyyətli olduğunu, standartlara cavab verdiyini bildirirlər. Sahibkarlar həm də iddia edirlər ki, onlardan müsadirə olunan yumurtalar Naxçıvan Dövlət Gida Təhlükəsizliyi əməkdaşlarının əli ilə dükanlarda satışa çıxarılır. Sahibkar K.M. deyir ki, Bakıdan gətirdiyi yumurtaların satışına icazə üçün agentlik əməkdaşları ondan rüşvət tələb ediblər. O, rüşvət verməkdən imtina etdikdən bir gün sonra 50 min ədəd yumurtası zorla əlindən alınıb: “Yumurtanın maya dəyərinin iki qatın qədər qiymət oxudular. Məqsədləri odur ki, kənardan yumurta gətirilməsin, öz monopoliyalarında olan keyfiyyətsiz yerli yumurtaları satılsın. Bizim gətirdiyimiz yumurtalar həm böyükdü, həm də dadlı. Yerli sakinlər də bəyənirlər. Əgər yarasızdırsa, niyə bizdən müsadirə edib, dükanlarda satdırırlar. 50 min ədə yumurtamı müsadiə etdilər ki, guya məhv olunacaq. Cəmi 500-600 yumurtanı yandırıb, nümayiş üçün videoya çəkdilər, qalanını satışa çıxardılar. 10 min manata yaxın ziyana saldılar məni. Tək mən deyiləm, başqa sahibkarların da başına eyni oyunu açıblar”. Yerli sakinlər də kənardan gətirilən yumurtaların bazardan yığışdırılmasından narazıdırlar. Naxçıvan şəhər sakini Validə Babayeva deyir ki, bu yumurtalar daha ucuz və daha keyfiyyətlidirlər: “Yerli yumurtalar çox keyfiyyətsizdir. Çox vaxt qırırsan, içi xarab çıxır. Dadı yox, qiyməti isə bahadır. Bakıdan gətirilən yumurtalar isə, həm iri, həm də dadlıdır. Hamısı oyundur. Toyuq fermalarının hərəsi bir məmura məxsusdur. Gördülər ki, maları satılmır, tez qıraqdan gələnə qadağa qoydular. Onları insanların güzaranı yox, öz cibləri düşündürür”. Gündəlik Naxçıvan Geri qayıt |