Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gədəbəydə batan bir milyona görə niyə heç kim məsuliyyət daşımadı

Gədəbəydə batan bir milyona görə niyə heç kim məsuliyyət daşımadı


9-09-2024, 12:04
Gədəbəydə batan bir milyona görə niyə heç kim məsuliyyət daşımadı
Aktualinfo.org ötən həftə Gədəbəy rayon İçra Hakimiyyəti və İçra Hakimiyyəti başçısının Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin rayonda yaşıllaşdırma, yolların əsaslı təmiri işlərinin satınalması ilə bağlı keçirilmiş tenderlərlə barədə araşdırma yazı yaymışdı. Sözügedən yazıdan sonra redaksiyamıza Gədəbəy şəhərində aparılan abadlıq işləri ilə bağlı yeni məlumatlar daxil oldu. Yazıda adı hallanan “RASH.M.M.TRADE AND SERVICES-2020” və “İS.M.M.” şirkətləri ilə bağlı deyil, ( bu şirkətlərlə bağlı araşdırmalarımız davam edir və mövzuya bir daha qayıdacağıq-red. ) başqa şirkətlərlə bağlıdır.

Öncə Gədəbəy rayon İçra Hakimiyyətinin ötən il geçirdiyi bəzi satınalmaları diqqətinizə çatdırmaq istərdik.

Gədəbəy rayon İçra Hakimiyyəti Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması üzrə 26.10.2023-cü ildə “BİRLİK-23” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi bağladını dərc edib. Müqavilənin dəyəri 588.378,38 manat təşkil edib.

Gədəbəy rayon İçra Hakimiyyəti sözügedən MMC ilə daha bir satınalma müqaviləsi bağladığını da 20.11.2023-cü ildə dərc edib. Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların abadlaşdırılması üzrə bağlanmış bu müqavilənin dəyəri 513.763,66 manat təşkil edib.

İnternet axtarış sistemləri üzərindən aaşdırma apardıqda məlum oldu ki, qlobal.az məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışıb. Gədəbəy rayon İcra Hakimiyyətinin tender komissiyasının sədri Nizami Piriyev məsələ ilə bağlı məlumat verməyib. Sayt məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən mövqe öyrənib.Dövlət Xidməti məsələdən xəbərdar olduqlarını bildirib və qeyd ediblər ki, “Sözügedən müsabiqə “Dövlət Satınalmaalrı Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə keçirildiyindən nəticəsinin ləğv olunması barədə Dövlət Xidməti tərəfindən satınalan təşkilata 12.10.2023-cü il tarixli 3-21-1/2-209051/2023 nömrəli məktub göndərilmişdir”.

Aktualinfo.org-un Gədəbəydəki mənbələrdən əldə etdiyi məlumatlarda isə bildirilir ki, “BİRLİK-23” şirkəti başladığı işi yar-yarımçıq qoyaraq rayonu tərk edb. Yəni Gədəbəy rayon İcra Hakimiyyətinin ümumi dəyəri 1 102 141 manat olan bağladığı müqavilələr icra olunmayıb.

Buradan suallar yaranır. Gədəbəy rayon İcra Hakimiyyəti müqavilə bağladıqda MMC-nin maddi texniki bazasını nə üçün araşdırmayıb? Bəlkə rayon İcra Hakimiyyətinin başçısı bu addımı bilərəkdən atıb. Məlum olduğu kimi Gədəbəy dağlıq rayonudur. Burada qış aylarında təmir abadlıq işləri aparmaq mümkün deyil. Belə olan təqdirdə noyabr ayında Gədəbəy şəhərində abadlıq işinin satınalması təşkil edilməməli idi. Görsənən odur ki, satınalma müqaviləsi həm də başqa məqsədlər üçün bağlanılıb.

Qeyd edək ki, “BİRLİK-23” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1308155221) 2023-cü ilin yanvar ayının 26-da dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Həsən bəy Zərdabi pr. ev 17/51, mənzil 22 ünvanı, qanuni təmsilçisi isə hazırda Əbdülov Murad Maqsud oğludur.

Göründüyü kimi Gədəbəy rayon İcra Hakimiyyəti tender müsabiqəsinə başlamazdan 8 ay əvvəl yaradılıb. Səkiz ay əvvəl dövlət qeydiyyatına alınmış, fəaliyyət sferası, maddi-texniki bazası, mühəndis heyəti və işçi qüvvəsi barədə açıq internet resurslarında hç bir məlumat olmayan bir MMC ilə satınalma müqaviləsini hansı əsaslarla bağlayıb. Bu Gədəbəy rayon İcra Hakimiyyətinin digər satınalmalarda da saxtakarlıq etməsinə əsaslar vermirmi?

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun reyestr məlumatlarına edilmiş dəyişikliklərdə MMC-nin ilk qanuni təmsilçisi və yaxud təsisçisi Dadaşbalayev Zöhrab Kamil oğlu olub. 2023-cü ilin 0ktyabr-noyabra aylarında, yəni Gədəbəy rayon İcra Hakimiyyəti ilə “BİRLİK-23” arasında müqavilə bağlananda MMC-yə Ağamalıyev Vahid Rəşid oğlu rəhbərlik edib. DAha sonra təmsilçilik Əbdülov Murad Maqsud oğluna keçib.

Bəs Gədəbəy rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayanda “BİRLİK-23” MMC-nin rəhbəri olmuş Ağamalıyev Vahid Rəşid oğlu kimdir?

Mediada 28 oktyabr 2022-ci ildə yayılan məlumatlarda bildirilir ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda gömrük ödənişlərindən yayınma məqsədilə malları düzgün bəyan etməmə faktı aşkarlanıb. Belə ki, ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikası vətəndaşı Ağamalıyev Vahid Rəşid oğlu tərəfindən bəyan edilən mallara Bakı Baş Gömrük İdarəsində gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı malların bir qisminin sayının bəyannamədə göstəriləndən dəfələrlə çox olduğu müəyyən edilib. Bəyan edilən mallar arasında “qəlyan üçün ağızlıqlar” 116000 (yüz on altı min) ədəd göstərilsədə, faktiki olaraq 1 160 000 (bir milyon yüz altmış min) ədəd, “elektron siqaretlər” 1720 ədəd göstərilsədə, faktiki olaraq 7884 ədəd, “ülgüclər” 1104 ədəd göstərilsədə, faktiki olaraq 5152 ədəd, həmçinin digər malların olduğu aşkar edilib. Bundan əlavə 5190 ədəd qəlyan tütünü, 500 qutu stomatoloji (sinir iynəsi) ləvazimatlar, 1 ədəd “Akvafor” markalı su filtri, 1 ədəd “Sintering Furnance” markalı stomatoloji selizator aparatının, ümumiyyətlə gömrük orqanına bəyan olunmadığı müəyyən edilib. Faktla bağlı araşdırmanın aparıldığı da məlumatda yer alır.

Göründüyü kimi Gədəbəy rayon İcra Hakimiyyəti bir qaçaqmalçının rəhbərlik etdiyi şirkətlə Gədəbəydə abadlşma işləri üzrə bir milyon manatdan çox dəyəri olan iki satınalma müqaviləsi bağlayıb. İşə başlanılıb, nə qədər xərc çəkilib bəlli deyil. Bəlli olan odur ki, Gədəbəy rayon İçra Hakimiyyəti ötən ilin qışında təmir abadlıq adı altında bir milyon manatdan çox dövlət vəsaitini batırıb. Burada məsuliyyət kimin üzərinə düşür, yəqin aidiyyatı qurumlar müəyyən edər.

Xatırladaq ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ilin avqust ayından bu vəzifədədir.

Aktualinfo.org

Geri qayıt