Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Hər gedişə 20 manat verək?"

"Hər gedişə 20 manat verək?"


13-09-2024, 15:00
"Hər gedişə 20 manat verək?"
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) apardığı taksi islahatı artıq yetərincə etirazlara nədən olmaqdadır. Dia-az.İnfo xəbər verir ki, bu barədə növbəti vətəndaş gileyi var və aydın olanı odur ki, aparılan "islahatlar" ciddi şəkildə ictimai qınaqla qarşılanmaqdadır. Xüsusən də paytaxt Bakıdakı hazırki TIXAC BOLLUĞU fonunda... Və aydın olanı odur ki, bu tıxaclar Bakımız ilə hələ xeyli yürüyəcək...

Hər halda, nəhayətdə aidiyyatı qurumların ciddi nəyisə dəyişəcəyi ümidiylə növbəti vətəndaş gileyini təqdim edirik:

"Taksilərdə qiymət artımı da oldu, xüsüsi imtahanlar da keçirildi, amma dəyişən bir şey olmadı. Program da bir maşın qeyd olunur, gələn isə başqa köhnə maşın olur. Sifariş edirsən, çox vaxt sürücü zəng edir deyir, "getdiyiniz ünvana o qiymətə sərf eləmir, imtina verərdiz..."

İki ünvan vurursan, sərf eləmir, kartla ödəniş... sərf eləmir. Oturursan maşına sual verir ki, nə qədər yazıb... Qiyməti deyirsən... başlayır "neqativi tökməyə"... Bu nə qiymətdir... nə az yazıb... və s. Neyniyöək daha? Hər gedişə 20 manat verək?"

Geri qayıt