Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvan Lift Xidməti işçiləri ixtisara salıb, camaatı ÇƏTİN DURUMDA QOYUB...

Naxçıvan Lift Xidməti işçiləri ixtisara salıb, camaatı ÇƏTİN DURUMDA QOYUB...


18-09-2024, 11:32
Naxçıvan Lift Xidməti işçiləri ixtisara salıb, camaatı ÇƏTİN DURUMDA QOYUB...
Naxçıvan şəhərindəki çoxmərtəbəli binaların sakinləri son vaxtlar tez-tez liftlərinin xabab olduğunu deyirlər. Daha böyük problem isə, sakinlər xarab olan liftin içərisində qaldıqda yaşanır. Onlar deyirlər ki, belə vəziyyətlərdə nə Naxçıvan Lift Xidməti, nə də Fövəqladə Hallar Nazirliyi onlara sahib çıxır. Daha doğrusu, onlar ən yaxşı halda bir neçə saat sonra köməyə çata bilirlər.
Çoxmərtəbəli binaların birində yaşayan Sərvan Baxışov deyir ki, xidmət bunu işçi çatışmazlığı ilə əlaqələndirir:
“Liftimiz tez-tez dayanır. Əvvəllər hər binaya növbə ilə 2 işçi nəzarət edirdi, problem yarananda gəlib düzəldirdilər. Hər gün səhər liftlərin işləyib-işləməməsini yoxlayırdılar.Yeni müdir gələndən lift işçiləri yoxa çıxıb. Büdcəyə qənaət adı ilə işdən çıxarılıblar. Liftdə problem yarananda bəzən bir gün işləmir. Faciə isə, lift xarab olarəkən içəridə adam qalanda başlayır. Xidmətə zəng vururuq, deyirlər ki, 1-2 saat gözləyin, işçilərimiz boşalsın, gələcəklər. Fövqəladə Hallar Nazirliyi də deyir ki, bu işlə Lift Xidməti məşğul olmalıdır. Qalmışıq ki, nə edək, kimə deyək. Yerli icra hakimiyyətinə dəfələrlə şikayət etsək də nəticəsi olmayıb. Allah eləməmiş, kiminsə uşağı liftə tək qalsa, qorxudan bağırı çatlayar.Kim cavab verəcək buna”.
Liftlərin qaydasında işləməməsi xüsusilə yaşlı sakinlərə mənfi təsir edir. Digər sakin Mənsur Hacıyev deyir ki, tez-tez həkimə aparmalı olduğu yaşlı atasını evə qayıdarkən bəzən 8-ci mərtəbəyə çiynində qaldırmalı olur:
“Hər iki valideynim mənimlə yaşayırlar. Atamını xəstəliyi var. İki gün əvvəl də həkimə getmişdik. Gələndə lift işləmədi. Liftə olan nömrəyə dəfələrlə zəng etdim, telefonu açan olmadı. Xidmətdən də cavab vermədilər. Məcbur qalıb valideynimi kürəyimdə 9-cu mərtəbəyə çıxardım.”
Naxçıvan Lift Xidməti bu yaxınlarda 30-dan artıq işçisini büdcəyə qənaət adı ilə ixtisara salıb. Hazırda Naxçıvan şəhərəndəki 30-a yaxın çoxmərtəbəli binaya yalnız bir lift ustası nəzarət edir.

Gündəlik Naxçıvan

Geri qayıt