Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şərurda fermerlərin GÖZÜ YOLDA QALIB...

Şərurda fermerlərin GÖZÜ YOLDA QALIB...


20-09-2024, 11:43
Şərurda fermerlərin GÖZÜ YOLDA QALIB...
Artıq Naxçıvan Muxtar Respublikasında ayrı-ayrı istiqamətlər üzrə bütün rəsmi ödəmələrdə yubanmaların və ciddi problemlərin mövcudluğu özünü qbarıq şəkildə hiss etdirməkdədir. Hətta yeni MR rəhbərliyinin həyata keçirdiyi İXTİSARIAR belə vəziyyəti dəyişmir.

Dia-az.İnfo xəbər verir ki, Şərurda olan yerli fermerlər isə neçə aydır əkin sahələri üçün nəzərdə tutulan subsidiyiaların verilməməsindən giley edirlər.

Şərur rayon Dərvişlər kəndinən olan fermer Dövran Tağıyevin sözlərinə görə, adətən hər ilin 7-ci ayında kartof əkinlərinə görə subsidiyaları alırdılarsa, indi artıq 9-cu ay birmət üzrə olsa da, aidiyyatı qurumlar tərəfindən hər hansı tərpəniş yoxdur.

Konkret olaraq özünün 10 hektar kartof əkdiyini bildirən sahibkar vəziyyətin ciddi fəsadlara gətirib çıxara biləcəyini də qeyd edib.

Məsələ diqqətimizdədir...

Geri qayıt