Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sabirabad sakini baş həkimin laqeydliyi ucbatından dünyasını dəyişib
Sabirabad sakini baş həkimin laqeydliyi ucbatından dünyasını dəyişib4-04-2014, 13:39 |
DİA.AZ: - "Vəziyyət o həddə çatıb ki, biz Sabirabad rayon sakinləri birbaşa Səhiyyə Nazirliyinə yürüş edək ". DİA.AZ bildirir ki, bu sözləri Dosye.az-a bir qrup rayon sakinləri söyləyib. Onlar iddia edirlər ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayilov nəzarət etdiyi rayon səhiyyə sistemini dözülməz hala gətirib çıxartıb. Bir faktı rayon sakinləri olduğu kimi diqqətə çatdırıblar: “Sabirabad rayon Şıxlar kənd sakini Əli 2000-ci ildən vərəm dispanserində rəsmi qeydiyyatda olduğu halda ona qarşı olan rayondakı həkim məsüliyyətsizliyin ücbatından vətəndaş dünyasını dəyişib. Hətta Şıxlar sakininin ölümcül vəziyyətdə olduğu vaxtda belə Əziz Mikayilov onun yaxılarına bildirib ki, xəstəni təcili evə aparsınlar. Məlum məsələdir ki, vərəm, şəkər və bu kimi xəstəliklərdən əziyyət çəkən vətəndaşlar ərazi üzrə dispanserlərdə qeydiyyata götürülür. Dərman ləvazimatları isə təmənnasız nəzərdə tutulub. Lakin Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayilov dövlətin qanunlarını saymamaqla böyük qanun pozuntusuna yol verib”. Etiraf etmək lazımdır ki, respublikamızda vərəm xəstəliyindən əziyyət çəkənlər nəzarət altında və heç bir təmənna olmadan müalicə olunmalıdır. Amma rayon sakini 36 yaşında dünyasını dəyişən Əli məhz həkim məəsüliyyətsizliyin qurbanı olmuşdur. Bizimlə telefon əlaqəsi yaradan Sabirabad rayon sakinləri nəzərimizə çatdırdılar ki, baş həkim Əziz Mikayilovun bu kimi əməlləri artıq “yuxarıların” da diqqətini cəlb edib. Amma sakinlərin heç də hansısa gecikən müdaxiləni gözləməyə həvəs və hövsələləri yoxdur. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |