Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Naxçıvanda bu vəzifəli şəxslər İŞLƏRİNİ İTİRƏCƏK
Naxçıvanda bu vəzifəli şəxslər İŞLƏRİNİ İTİRƏCƏK23-09-2024, 00:11 |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərin nəticəsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı ilə bütövlükdə təsdiq edilib. TNS xəbər verir ki, yaxın günlərdə VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçiriləcək. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 15-ci madəsində Ali Məclisin deputatlığına namizədlərə aid tələblər müəyyənləşdirilib. Maddədə göstərilir ki, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanunu qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilə bilməzlər. VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə icra hakimiyyəti sistemində çalışan, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan xeyli deputat seçilib. Konstitusiyaya görə, həmin deputatlar işdən çıxarılmalıdır. Vəzifəsindən azad olunacaq deputatların siyahısını təqim edirik: 1. İsmayılov Mahir İslam oğlu - Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun aparıcı mütəxəssisi 2. Abbasov Əli Feyzulla oğlu - Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru 3. Nəcəfsoy Pərvin Vidadi qızı - Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru 4. Babayeva Aynur Arif qızı - Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru 5. Novruzov Azad Sevindik oğlu - Naxçıvan Müəllimlər İnstitutunun rektoru 6. Bayramov Mübariz Rəcəb oğlu - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sektor müdiri 7. Hacıyeva Sevil Məhəmmədəli qızı - Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru 8. Məmmədov Məmməd Kərəm oğlu - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şərur rayon sektorunun müdiri 9. Novruzov Rafiq Novruz oğlu - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial və dövlət icbari şəxsi sığorta departamentinin müdir müavini 10. Zeynalov Təbriz Eyvaz oğlu - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin aparıcı mütəxəssisi 11. Orucova Xəzəngül Yunis qızı - Kəngərli rayon Xıncab kənd tam orta məktəbinin direktoru 12. Məmmədov Mövlan Ələddin oğlu - Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional bölməsinin böyük məsləhətçisi 13. Həşimov Əli Həsənqulu oğlu - Naxçıvan Dövlət Universitetinin şöbə müdiri 14. Qənbərov Qafar Tahar oğlu - AMEA Naxçıvan Bölməsinin Nəşriyyat bölməsinin müdiri 15. Məmmədov Üzeyir Səyyad oğlu - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Publik Hüquqi Şəxsin şöbə müdiri 16. Bayramova Ülkər İmamqulu qızı - Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi Publik Hüquqi Şəxsin direktoru 17. Əliyeva Nuray Yadigar qızı - AMEA Naxçıvan Bölməsinin şöbə müdiri 18. Məmmədova Xumar Şəmsi qızı - Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru 19. Orucov Asəf Yunis oğlu - AMEA Naxçıvan Bölməsinin şöbə müdiri 20. Məmmədzadə Vüsal Əziz oğlu - Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri 21. Babayeva Təhminə Adil qızı – “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin Xəbərlər departamentinin rəhbəri 22. Məmmədov Bəhruz Qibləli oğlu - Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı 23. Əhmədova Şəhla Hüseyn qızı - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının sədri 24. Məmmədov Nazim Məmməd oğlu – “Naxçıvan Balıqçılıq Təsərrüfatı” ASC-nin sədri 25. Qasımov Əziz Kamal oğlu - Naxçıvan Dövlət Universitetinin şöbə müdiri 26. Dünyamalıyeva Aysel Məmməd qızı - Naxçıvan Muxtar Respublika Xəstəxanası Publik Hüquqi Şəxsin şöbə müdiri 27. Tarverdiyeva Gülxarə Budaq qızı - Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru 28. Məmmədov Ramiz Gülməmməd oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi 29. Xudiyev Rza Əli oğlu - Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru 30. Abdullayev Qəzənfər İsmayıl oğlu - Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqlar Şurasının sədri 31. Canməmmədov Canməmməd Ramiz oğlu – “Naxçıvan Taxıl Məhsulları” MMC-nin icraçı direktoru 32. Məmmədov Bəxtiyar İbrahim oğlu - Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini 33. Abdullayev Arzu Kamal oğlu - Naxçıvan Dövlət Universitetinin prorektoru 34. Nəbiyev Ramil Paşa oğlu - Ordubad rayon Unus kənd tam orta məktəbinin direktor müavini 35. Rzayev Elmar İlqar oğlu - Naxçıvan Dövlət Universiteti Xəstəxanasının baş həkimi 36. Quliyeva Zeynəb Kərim qızı - AMEA Naxçıvan bölməsinin şöbə müdiri. Geri qayıt |