Əsas Səhifə > Güney Press, Manşet, Reklam > “ “Azercell”-in interneti də, seti də bərbaddır, pəncərənin yanında yatıram ki, set tutsun”
“ “Azercell”-in interneti də, seti də bərbaddır, pəncərənin yanında yatıram ki, set tutsun”24-09-2024, 11:43 |
“Məndə “Azercell”-in aylıq paketidir. 25 manata mənə 5 gb internet verir, 6 min dəqiqə isə danışıq. 5 gb internet bəs etmir, sərf etmir. Boş yerə internet gedir. Danışıq dəqiqəsi istifadə olunmur. “Azercell”-də internet tez bitir. Bizə də interneti lazımdır. İndi hansı dövrdür ki, telefonun konturundan istifadə edib çox danışasan?! Hamı vatsapla danışır. Neçə ildir ki, 25 manat ödəyirəm. Bir ortaq məxrəcləri, sərfəli paketləri də yoxdur ki, adam qoşulub istifadə etsin. Bu ayın sonundan digər mobil operatorlara qoşulmağı düşünürəm. Çünki onlarda internet daha sərfəlidir” Bunu Moderator.az-a açıqlamasında şikayətçi Nurlan Əliyev bildirib. O daha sonra əlavə edib: “ “Azercell”-ə zəng edib dəfələrlə problemi bildirmişəm. Görmüşəm ki, sayan yoxdur. Deyirlər ki, bundan güclü internetimiz yoxdur. Digər mobil operatorlarda 5 gb interneti 1 ay işlədirsən hələ artığı da qalır. Sosial şəbəkələrin hamısı pulludur. Heç olmasa bəzi sosial şəbəkələrə girişi pulsuz etsinlər” deyə şiakyətçi bildirib. Nurlan Əliyev deyir ki, “Azercell”-in problemləri bununla bitmir. “Setləri hər yerdə tutmur. Qalın divarlı evlərdə çətinlik çəkirik. Pəncərənin yanında yatıram ki, set düzəlsin. İnternet məhv olmuş vəziyyətdədir, şəbəkə də yoxdur. Düzdür, zəng gəlib-gedir, amma internet sıfırdır, bərbaddır. Bu problemi tək mən yox, hamı yaşayır. Bir dostum var. Deyir ki, “Azercell”-ə zəng edib deyirəm ki, mənim internetimi portdan söndürüb yenidən yandırsın. Necə ki, digər provayderlər söndürüb-yandırırlar, bu mobil şəbəkəyə də aiddir” deyə şikayətçi bildirib. Geri qayıt |