Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Dövlət Zaqatala icra başçısının qarşısında acizdirmi? – Başçının plyonkalı maşını DYP maşını ilə yanaşı

Dövlət Zaqatala icra başçısının qarşısında acizdirmi? – Başçının plyonkalı maşını DYP maşını ilə yanaşı

7-04-2014, 12:38
Dövlət Zaqatala icra başçısının qarşısında acizdirmi? – Başçının plyonkalı maşını DYP maşını ilə yanaşı
DİA.AZ: - Keçən həftə Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadənin necə qanunlara meydan oxuması barədə şok faktları diqətinizə təqdim etdik. Bildirək ki, DİA.AZ-da yer alan bu məlumat böyük rezonans yaradıb. Hətta vəziyyət o həddə çatıb ki, bəzi xəbər portalları sırf olaraq DİA.AZ-a aid olan bu informasiyanı özəlləşdirməyə də qalxıblar.

Təbii ki, Bütün bunlar daha çox jurnalist peşəkarlığının olmamasından irəli gəlir.

DİA.AZ-a isə bu barədə Mübariz Əhmədzadənin avtoşluğunu təsdiqləyən yeni fotolar göndərilib.

Dövlət Zaqatala icra başçısının qarşısında acizdirmi? – Başçının plyonkalı maşını DYP maşını ilə yanaşı

Bildirək ki, prezident İlham Əliyev hətta ilk növbədə məmurlara, məmur yaxınlarına maşınlarının şüşələrinə plyonka çəkilməsi ilə bağlı xüsusi xəbərdarlıq etsə də, Zaqatala icra başçısı Mübariz Əhmədzadə qanunları şəxsən pozmaqdadır. Belə ki, onun xidməti maşınları bu gün qaraya bürünüb.

Biz başa düşə bilmirik ki, Mübariz müəllim kimdən belə gizlənir. Amma bir bildiyimiz var ki, artıq qara plyonkalar icra başçısı üçün böyük problem yaradıb.

Onu da qeyd edək ki, Mübariz Əhmədzadə Melorasiya və Su Təsərrüfatı ASC-nin prezidenti Əhməd Əhmədzadənin qardaşıdır. Görünür, prezidentin tapşırıqlarını pozan icra başçısı öz mənsəbi ilə yanaşı qardaşını da hədəfə çevirdiyinin fərqində deyil.

DİA.AZ bildirir ki, birad bir maraqlı məqam da var. Zaqatalada çəkilən fotoların birindən aydın şəkildə görünür ki, başçının plyonkalı maşınları DYP-yə aid bir maşının lap elə arxasında dayanıb. Yəni adamın qarşısında DYP-nin acizliyi bəllidir. Amma dövlətin aciz olacağı inandırıcı deyil...

Dövlət Zaqatala icra başçısının qarşısında acizdirmi? – Başçının plyonkalı maşını DYP maşını ilə yanaşı

Bildirək ki, fotolar 19 mart 2014 cü il tarixində Zaqatala rayonunda keçirilən ümumi rayon "Novruz Bayramı" tədbirində və 22 mart 2014 cü il tarixində Əliabad qəsəbəsində keçirilən "Novruz Bayramı" tədbirində çəkilib və İH başçısının xidməti 62-AA-001 və 62-AA-002 dövlət nömrə nişanlı maşınalırının qaraya bürünməsu açıq şəkildə aydın olur.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt