Əsas Səhifə > Güney Press, Partiya > "Bu saxta ekspertlərin çox yaxşı istedadları var..."

"Bu saxta ekspertlərin çox yaxşı istedadları var..."


5-10-2024, 09:09
"Bu saxta ekspertlərin çox yaxşı istedadları var..."
"Maraqlıdır, NƏDƏN ÖZƏL TELEVİZİYALARDA Azərbaycan Respublikası QANUNLARINI açıq aşkar pozan bu şəxslərin HEÇ BİRİ MÜVAFİQ MƏSULİYYƏTƏ CƏLB OLUNMUR? BUNLARIN adları nədir, müasir Ərəbzəngilər, yoxsa mələk qiyafəsində olan şeytanlar? Nə qədər desək də biz Azərbaycan kanallarına baxmırıq, baxmasaqda,istəsəkdə-istəməsək də bəzən baxmağa və ya eşitməyə məcbur oluruq..." dia-az.life xəbər verir ki, bu açıqlama ilə tanınmış hüquqşünas, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) eksperti Azər Quliyev çıxış edib.
O daha sonra əlavə edib: "Özəl televiziyalarda kəşf etdikləri qurbanı və ya yaramaz bir şəxsi televiziyalara çıxarıb, onun valideynlərini vəya qohum əqrabalarını biabır etmək, böhtan və iftara atmaq adi bir hala çevrilib. Daha çox özəl televiziyalarda olan bu verilişlərdə başda "aparıcılar"olmaqla özlərini ekspert adlandıran, lakin ekspertin nə olduğunu bilməyən: "psixoloqlar", "QHT" sədrləri, "hüquqşünas və vəkillər", kulturolog, şair və sair peşə sahibləri iştirak edir.
Maraqlı haldlr, məgər bu verilişdə iştirak edən hüquqşünaslar və ya vəkillər bilmir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir şəxsin təqsirsizlik prezumpsiyası vardlr, hər hansı bir şəxsi ittiham etmək isə prokurorluq orqanlarının, cinayətkar olması barədə hökm vermək isə onların səlahiyyətlərinə aid deyil, bu hökm məhkəmənin səlahiyyətlərinə aiddir.
Məgər özünü "QHT" sədri adlandıram xanım müəllimə bilmir ki, QHT-lərin əsas vəzifəsi başqadır, şəxslərə böhtam və iftira atmaq, ləkələmək və ya ittiham etmək deyil.
Tez-tez insanlıqdan, adamlıqdan, ədalət və qanunlardan danışan, bu barədə heç bir məlumatı olmayan belə saxtakarları nədən və hansı səbəblərdən televiziyaya çıxarıb insanların mənəviyyatını və tərbiyəsini pozurlar.
Məncə, bu " saxta ekspertlərin" çox yaxşı bir istedadları var, yaxşı rola girməkləri var, teatr və ya kino aktyorları kimi.
Cəmiyyətdə isə, çox təəssüf ki, özləri kimi saxta insanlar yetişdirməklə məşğul olmaq".

Geri qayıt