Əsas Səhifə > Güney Press, Reklam > Bakcell beynəlxalq balansartırma xidmətinin aktiv olduğu ölkələrin sayını artırır
Bakcell beynəlxalq balansartırma xidmətinin aktiv olduğu ölkələrin sayını artırır9-04-2014, 10:20 |
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti beynəlxalq balansartırma xidmətinin aktiv olduğu ölkələr siyahısına Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəni də əlavə edib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir. Ötən ildə istifadəyə verilən "Beynəlxalq Balansartırma Layihəsi" sayəsində Azərbaycandan kənarda olarkən asanlıqla Bakcell nömrəsinin balansını artırmaq mümkündür. İstər rouminqdə olan Bakcell abunəçilərinə, istərsə də başqa ölkələrdə işləyən və çalışan həmvətənlərimizə müxtəlif bank filialları və pos-terminallar vasitəsilə ödəniş aparmaq imkanı verən bu xidmət Azərbaycanda ilk dəfə Bakcell şirkəti tərəfindən həyata keçirilib. Qeyd edək ki, bu xidmət ilk dəfə olaraq Rusiya Federasiyasında tətbiq edilmişdir. Layihənin əsas məqsədi azərbaycanlıların əsas səyahət istiqamətləri və icmaların cəmləşdiyi ölkələrdə Bakcell xidmətlərini daha əlçatan etməkdir. Balansı Bank filialları, Bankomatlar (ATM), Ödəmə terminalları, Nağd pulun qəbulu aparatları və Bakcell Tərəfdaşlarının ödəmə məntəqələrində artırmaq mümkündür. Azərbaycanэn ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Geri qayıt |