Əsas Səhifə > Güney Press, Partiya > Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir24-10-2024, 07:09 |
Prezident İlham Əliyevin Kazanda keçirilən BRICS-in növbəti sammitində iştirakı böyük əhəmiyyət kəsb edir. Bunu TNS-ə açıqlamasında millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Komitə sədri bildirib ki, tədbirdə BRICS-ə daxil olan dövlətlərin başçıları, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Baş katibinin də iştirakı mühüm məsələdir: “BRICS-də Çin, Hindistan və digər dövlətlərin iştirakı o deməkdir ki, dünya iqtisadiyyatında, siyasətində, hərbi istiqamətdə mühüm addımların atılması müzakirə ediləcək. Orta dəhliz, eyni zamanda Cənubi Qafqazda baş verən hadisələrin də müzakirəsi mümkündür. Cənab Prezident İlham Əliyevin bu tədbirdə iştirakı da çox mühüm əhəmiyyət kəsb edir. Çünki qlobal məsələlərin həllində aparıcı bir dövlətin iştirakı, onun rəhbərinin təmsil olunması çox vacibdir. Cənab Prezidentin sammit çərçivəsində mühüm görüşləri də nəzərdə tutulur. Eyni zamanda, Qoşulmama Hərəkatının BRICS-lə bağlı öz mövqeyinin olması və bu hərəkatın məhz cənab Prezidentin sədri olduğu vaxtda inkişaf etməsi məsələsi daha əhəmiyyətlidir. Bu tədbirdə iştirak cənab Prezidentə olan diqqətdir. Əsas məsələ isə ondan ibarətdir ki, Rusiya Preizdenti Vladimir Putin məhz Prezident İlham Əliyevin bu möhtəşəm tədbirdə iştirakını vacib bilib və şəxsən dəvət edib. Bu görüş gələcəkdə böyük dövlətlərin inkişafı üçün bir təkan olacaq. Bu gün Rusiyanın dollardan asılılığının aradan qaldırılması, iqtisadi balansın Cənub istiqamətinə yönəlməsi ilə bağlı müzakirələrdə Azərbaycanın iştirakı ondan xəbər verir ki, ölkəmiz qlobal gücə çevrilir”. Deputat bildirib ki, Çin Xalq Respublikasının rəhbərinin Prezident İlham Əliyevə münasibəti və bir sıra sammitlərə dəvəti də bu səfərin Azərbaycan üçün əhəmiyyətindən xəbər verir. Geri qayıt |