Əsas Səhifə > Güney Press, Partiya > İsa Qəmbər və Arif Hacılı seçkilərlə bağlı etirazların keçirildiyi Tiflisdə görüntüləndi...

İsa Qəmbər və Arif Hacılı seçkilərlə bağlı etirazların keçirildiyi Tiflisdə görüntüləndi...


29-10-2024, 09:02
İsa Qəmbər və Arif Hacılı seçkilərlə bağlı etirazların keçirildiyi Tiflisdə görüntüləndi...
Xəbər verildiyi kimi, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş Müsavat Partiyasının başqanı İsa Qəmbər, Məclisin sədri Arif Hacılı, başqanın müavinləri Gülağa Aslanlı və Razim Əmiraslanlı beynəlxalq qurumların dəvəti ilə beynəlxalq müşahidəçi qismində Gürcüstanda səfərdədirlər.

Moderator.az xəbər verir ki, Arif Hacılının özünün "Feysbuk" səhifəsində paylaşımlarda yazdığına görə, onlar qonşu ölkədəki parlament seçkiləri günü müşahidəçi kimi Tiflis, Rustavi şəhərlərində, Marneuli rayonu ərazisində bir çox seçki məntəqələrində olublar.

"Gürcüstanda hər şey bitdi, fikrində olanlar da, Gürcüstan hakimiyyətini qələbə münasibətilə təbrik edənlər də tələsir. İndi Gürcüstanda hər kəsə məlumdur ki, seçkilərin elan olunan nəticələri xalqın azad iradəsini əks etdirmir. Əsasən dövlət səviyyəsində təzyiqlərdən çəkinən etnik azlıqların yaşadığı ərazilərdə yol verilən qanun pozuntuları və saxtakarlıqlar seçkilərin nəticələrinə həlledici təsir edib",-
Arif Hacılı dünən axşam etdiyi paylaşımda belə yazıb.

İsa Qəmbər və Arif Hacılı seçkilərlə bağlı etirazların keçirildiyi Tiflisdə görüntüləndi...

"Gürcüstanda keçirilən seçkilərdə şahidi olduğumuz bir faktı qeyd etmək istəyirəm. Bir çox seçki məntəqələrinin qarşısında uzun növbələr yaranan Tbilisidə seçicilərin iştirak faizi 50 faizdən bir qədər çox olduğu halda, seçicilərin tək-tək gəldiyi Marneuli və qonşu rayonlarda seçici fəallığı 70-80 faiz elan olunub.

Erməni əhalisinin kompakt yaşadığı bölgələrdə bu rəqəm daha yüksək, 90 faiz civarında göstərilib. Təbii ki, hakim siyasi partiyanın bu bölgələrdə elan olunan səsləri digər ərazilərdə aldığı səslərdən fərqli üstün göstərilib.

Seçkidən sonra müxalifət partiyalarının tutduğu mövqe, bu gün Tbilisidə keçirilən möhtəşəm etiraz aksiyası göstərir ki, bu hələ son deyil. Bəlkə də başlanğıcdlr.
Düşünürəm ki, Gürcüstan xalqı öz səslərinin oğurlanması ilə barışmayacaq", - deyə Müsavat rəsmisi davamında bildirib.

Arif Hacılı müxalifətin və xalq kütlələrinin seçkilərin nəticələrinə etiraz olaraq Gürcüstan paytaxtındakı dünənki etiraz aksiyasına qatıldıqlarını birbaşa bildirməsə də, mitinqlə bağlı paylaşdığı fotolardan Müsavat rəhbərliyinin ən azı gürcü müxalifətinin tədbirini müşahidə etdikləri bəlli olur...

Geri qayıt