Əsas Səhifə > Güney Press, Partiya > "Gürcüstanla bizi ümumiləşdirmək doğru olmaz"

"Gürcüstanla bizi ümumiləşdirmək doğru olmaz"


29-10-2024, 11:59
"Gürcüstanla bizi ümumiləşdirmək doğru olmaz"
“Bilmirəm, kim Azərbaycana örnək göstərir ki, Gürcüstanda birlik var, siyasətçilər birləşə bilir, xalq da onlara dəstək verir. Gürcüstanda seçkilər keçirildi və böyük əksəriyyət "Gürcü Arzusu"na səs verdi. Amma müxalif partiyalar arasında münasibətlər heç də yaxşı deyil. Sadəcə, Gürcüstanda vəziyyət belədir ki, Qərbin təsirində olan siyasi qüvvələri müvəqqəti də olsa, bir araya gətiriblər. Müqavimət təşkil etmək istəyirlər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Deputat bildirib ki, Gürcüstanı nəzarətə götürmək uğrunda mübarizə gedir: “Buna görə də müvəqqəti olaraq onların siyasi qüvvələri bir araya gəlib, etiraz aksiyası keçirirlər. Bundan əvvəlki dövrlərdə də gördük ki, şəxsi münasibətləri elə də yaxşı olmayıb. Sonrakı dövrdə də artıq hakimiyyət öz ağırlığını qoyacaq. Onsuz da nə qədər əleyhinə olsalar da, Avropa İttifaqına daxil olan ölkələr seçkinin nəticələrini tanıyıblar. Buna görə də, hesab edirəm, Gürcüstanla bizi ümumiləşdirmək doğru olmaz”.

Geri qayıt