Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Fatma Abdullazadənin qardaşı «Xaç Yürüşü» planından milyonlar qazanır

Fatma Abdullazadənin qardaşı «Xaç Yürüşü» planından milyonlar qazanır


10-04-2014, 12:27
Fatma Abdullazadənin qardaşı «Xaç Yürüşü» planından milyonlar qazanır
DİA.AZ: - Son zamanlar ölkədə ayrı-arı qeyri-ənənəvi təriqətlərə qarşı aparılan kampaniya ortaya heç də ürəkaçan olmayan bir mənzərəni də çıxarıb. Doğurudur, bu gün vəhabi və nurçuların ictimai qınaq hədəfinə çevrilməsi yönündə atılan addımlar təqdir olunmalıdır, amma məsələnin bir tərəfi də var ki, bu da ayrıca problemdir.

Bu barədə DİA.AZ-a xatırlatma xarakterli müraciət ünvanlayan paytaxt sakinlərindən biri (adının çəkilməməsini xahiş edir -red.) bildirir ki, hədəfə alınanlar əsasən müsəlman yönümlü təriqətlərdir: «Bu tədbirləri biz vətəndaş olaraq alqışlayırıq. Azərbaycanda ümumiyyətlə son illərdə peyda olan bütün təriqətlər - təhlükəli olub-olmamasından asılı olmayaraq, qadağan edilməlidir. Çünki bu təriqətlərin heç birinin xoş niyyəti yoxdur və olmayacaq da».

Vətəndaş müraciətində bildirir ki, amma əsasən islami təriqətlər hədəfə alınır, əvəzində qeyri-müsəlman dini sektalar, cərəyanlar özlərini çox rahat hiss edirlər: «Elnur Aslanov nurçuların himayədarı kimi «vuruldu». Amma bu gün Azərbaycanda müxtəlif xristian təriqətləri var ki, onlara qarşı hər hansı tədbir görülmür. Məsələn bu gün Prezident Administrasiyasının humanitar şöbəsinin müdirəsi Fatma xanım Abdullazadənin birbaşa olaraq Qərbin «Xaç(lı) Yürüşü» planının tərkibinə aid edilən xristian missioner təşkilatının himayədarı olduğunu hər kəs yaxşı bilir.

Fatma Abdullazadənin qardaşı «Xaç Yürüşü» planından milyonlar qazanır

Amma nədənsə Fatma Abdullazadə unutdurulur. Hətta onun qardaşı Eduard kimi tanınan Eldar Abdullayev da həmin sektanın rəhbəri olaraq özünü Azərbaycanda çox sərbəst hiss edir. Həmin «Xaç Yürüşü» planına uyğun olaraq bu gün Azərbaycanda 40 mindən artıq vətəndaşımız xristianlaşdırılıb. Bu iş üçün isə il ərzində 40 milyon ABŞ dollarına qədər vəsait xərclənir».

Narahatçılığını dilə gətirən vətəndaş sonda bildirir ki, əgər dövlətin müvafiq qurumları millətimizi bölən müxtəlif dini, etnik bölücü cərəyanlara qarşı mübarizədə səmimidirlərsə, o zaman Fatma Abdullazadənin himayəsi altında olan xristian cəmiyyətlərinə qarşı da eyni rəftarı sərgiləməlidir: «Nurçuluq, vəhabilik qadağan edildiyi kimi, xristian missioner cəmiyyətlər də qadağan edilməlidir».

Bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…


Geri qayıt