Əsas Səhifə > Güney Press, Partiya > "Bu da Azərbaycanı gözü götürməyən və düşmən qüvvələri narahat edir"
"Bu da Azərbaycanı gözü götürməyən və düşmən qüvvələri narahat edir"4-11-2024, 10:09 |
"Bir neçə gün sonra Azərbaycan növbəti mötəbər tədbirə ev sahibliyi edəcək". Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib. Emil Əkbərov qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə hər gün daha da artan nüfuzunun sübutudur: "Azərbaycanın beynəlxalq aləmdə rolu və gündəmdəki aktual məsələlərin həllində təsiri durmadan artır. Noyabrın 11-də başlayan konfransda iqlim konfransında strateji əhəmiyyətli qərarlar qəbul ediləcək. Amma təəssüf ki, COP29 yaxınlaşdıqca, vahid mərkəzdən idarə olunan anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı təzyiqləri artıb. Bu gün bir ovuc erməninin dərdini çəkən beynəlxalq təşkilatlar və ölkələr 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistana qarşı bir dəfə də olsun təzyiq göstərməyib. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin gələcək inkişafına və yeni uğurlara imza ataraq güclənməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu cür mötəbər bir tədbirə ev sahibliyi etməklə Azərbaycan beynəlxalq miqyasda daha nüfuzlu ölkələrdən birinə çevriləcək. Təbii ki, bu da Azərbaycanı gözü götürməyən və düşmən qüvvələri narahat edir. Emil Əkbərov söyləyib ki, son vaxtlar Fransa və Qərbdəki dairələrin Azərbaycan qarşı başlatdığı çirkin kampaniyanın kökündə də bu dayanır: "Azərbaycanın əsas hədəfi Cənubi Qafqaz və qonşu regionların sıx əməkdaşlığına nail olmaqdır. Azərbaycan hər zaman qlobal problemlərin həllinin yalnız beynəlxalq aləmin birliyi nəticəsində mümkün olacağını vurğulayıb. COVID-19 pandemiyası zamanı olduğu kimi qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə də Azərbaycan bu prinsipə üstünlük verir. Amma təəssüf ki, Azərbaycandan fərqli olaraq qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəni özünün prioriteti hesab edən bəzi Avropa ölkələri bəyan etdikləri prinsiplər qarşı çıxaraq, səsləndirdikləri fikirlərə zidd addımlar atırlar. Hətta onlar qlobal problemləri öz cılız maraqlarını təmin etmək üçün siyasi alət kimi istifadə edirlər. Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsini hələ də qəbul etmək istəməyən ölkələr və təşkilatlar regionda vəziyyəti yenidən gərginləşdirməyə, Azərbaycan-Ermənistan münaqişəsini yenidən alovlandırılmasına çalışırlar. Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixli qətnaməsi buna sübutdur. Təəssüf ki, avropalı parlamentarilər Cənubi Qafqazla bağlı öz məkrli niyyətlərini reallaşdırmaq üçün hətta iqlim dəyişmələri ilə bağlı mühüm bir məsələni siyasiləşdirib, Azərbaycana qarşı ittiham və təzyiq aləti kimi istifadə etməkdən belə çəkinmirlər. Heç bir qətnamə Azərbaycanı tutduğu mövqedən döndərə bilməz. Azərbaycan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bu günə qədər qarşına qoyduğu bütün hədəflərə nail olub. Bundan sonra da elə olacaq. Əminəm ki, COP29-a ev sahibliyi edərək Azərbaycan "yaşıl enerji"yə keçid prosesinə də öz töhfəsini verəcək". Geri qayıt |