Əsas Səhifə > Güney Press > Tramp Maskın 300 milyardına şərik olacaq?

Tramp Maskın 300 milyardına şərik olacaq?


Bu gün, 16:42
Tramp Maskın 300 milyardına şərik olacaq?
ABŞ-də Donald Tramp prezident seçiləndən sonra milyarder İlon Maskı Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edəcəyini açıqlayıb.

İlon Maskın milyarder və Trampla sıx dostluqları olduğunu nəzərə aldıqda ABŞ-nin yeni yeni dönəmində nələr ola bilər. Bu ikilinin dostluğu dünya siyasətinə necə təsir edəb bilər?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətovun sözlərinə görə, Trampın Maskı bu vəzifəyə təyin edəcəyini açıqlaması o deməkdir ki, yeni Prezident artıq yeni dönəmdə ABŞ-nin xarici siyasətindən daha çox daxili siyasətinə köklənəcəyini göstərmək istəyir: “Burada belə bir məsələ də var ki, İlon Mask yetəri qədər böyük bir şirkətin - “Tesla”ın və “X” sosial platformasının rəhbəridir. Nəzərə alaq ki, “X” bu gün dünya siyasətində və diplomatiyasında ciddi rol oynayan bir platformadır. Dünyanın bütün dövlət, hökumət başçıları, siyasi və hərbi elitası bu platformadan istifadə edir. Belə olan halda Donald Trampın özünə uyğun və uğurlu bir gediş etdiyini də qeyd edə bilərik. Tramp hər nə qədər “mən xarici siyasətdən daha çox daxili siyasətə üstünlük verəcəyəm”, - desə də, o, daxili siyasətdən əvvəl ölkənin iqtisadiyyatına xüsusi diqqət yetirir”.

Samir Hümbətov vurğulayıb ki, Tramp idarəçiliyi dövründə İlon Maskın sərmayəsindən də istifadə edə bilər: “Tramp İlon Maskın “Tesla” şirkətinin imkanlarından da istifadə edib, ABŞ-nin maliyyə imkanlarını gücləndirə bilər. Bu da ABŞ iqtisadiyyatına ciddi təsir göstərər. İlon Mask 300 milyard dollara qədər böyük sərmayə sahibidir. Bu, Donald Tramp tərəfindən çox uğurlu bir gedişdir. Bu iki şəxsin münasibətləri birbaşa beynəlxalq siyasətə ciddi təsir edə biləcək potensiala malikdir”.

Geri qayıt