Əsas Səhifə > Güney Press > "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa...
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa...Bu gün, 17:44 |
Hər zaman aktuallığını qoruyan məsələlərdən biri qadın-kişi münasibətləridir. Günümüzdə bir çox cütlük bir-birlərini illərlə tanıdığı, nişanlı qaldıqları dönmələr olur. Həmin müddətdə hər şey yolunda getdiyi haldaŞ, evləndikləri zaman bir neçə aya, bir il tamam olmamış boşana bilirlər. Bəs, buna başlıca səbəbi nədir? Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışdı. O, açıqlamasında qeyd etdi ki, nikahla bağlı dəyişiklər olunmalı və qanuna minməlidir: "Bu məsələnin bir neçə səbəbləri var. Ən əsas səbəblərdən birinci olan dözümsüzlüyü misal gətirmək olar. . Maddi, və ya mənəvi böhranları aşa bilməmək . Evliliyi ideallaşdırmaq.Evlilikdən böyük gözləntilərin olması . Ünsiyyətin az olması və ortaq maraqların olmaması . Xarakter uyğunsuzluğu . Aşırı qısqancqlıq . Pis vərdişlərə asılılıq . Məsuliyyətsizlik, vecsizlik, ailə yükünün bir tərəfli qarşılanması . Yaxın qohumların müdaxiləsi . Məcburi evlilik . Xəyanət . Cinsi uyğunsuzluq ( cinsi soyuqluq, erkən boşalma və sairə ) Boşanmağa bu kimi səbəbləri də misal çəkmək olar, amma hər bir problemin kökündə cütlüklər arasında qarşılıqlı anlaşa bilmədiklərini görmək olur. Bəzi evliliklər də var ki, istər qızlar, istərsə də bəylər sırf cinsi tələbatını ödəməkdən ötrü evlənirlər və bir il sonra isə bezirlər. Düşünürəm ki, nikahla bağlı dəyişikliklər olunmalı və qanuna minməlidir. Çünki evliliyin ilk il yarımı cütlüklərin uyğunlaşma mərhələsi kimi qəbul olunur. 3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa, evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq". Geri qayıt |