Əsas Səhifə > Güney Press > Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir


Bu gün, 08:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və
Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam
edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük
İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın
Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu
bəyanat bizim şanlı qələbəmizdir. Müqavilənin şərtlərinə əsasən noyabrın
20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi
yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı.
Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı
xalqımıza müraciətində demişdi: “Əziz ağdamlılar, siz artıq köçkün
deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix
yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər
tarixidir”.
Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən
rayonlarından biridir. Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır.
Rayonda çox sayda tarixi-mədəniyyat abidələri vardır. Təəssüf ki, onların
əksəriyyəti işğal dövründə məhv edilmişdir. Ağdam şəhərinin mərkəzində
yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də
vəhşicəsinə dağıdılıb.
Artıq dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında işğaldan
azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri böyük
sürətlə həyata keçirilir. Vəhşi ermənilərin bu torpaqlarımızda hər şeyi
dağıtmalarına baxmayaraq bu ərazilər əvvəlkindən daha yaxşı
qurulucaqdır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində
bildirmişdir ki, “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız
var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu
şəhərləri, bu kəndləri bərpa edəcəyik”.
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki
kimi bu gün Ağdanda böyük quruculuq işləri həyata keçirilir. Ağdam azad
edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il
noyabrın 23-də bura gələrək bərpa işlərinin başlanğıcını elan etdilər. Ölkə
başısının 2021-ci mayın 28-də Ağdama növbəti səfəri zamanı isə Bərdə-
Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış
binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında
İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni
binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının
qoyulması mərasimlərində iştirak etdi. Səfər günündə həm də sahəsi 125
hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verilib.
2022-ci ildə ölkə başçısı Ağdama 2 dəfə fevralın 13-də və noyabrın 4-
də səfər edib. Bu səfərlər zamanı fevralın 13-də Ağdam Sənaye Parkında
iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, yeni yaşayış
kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının
təməlqoyma mərasimləri keçirilib, Prezident İlham Əliyev Heydər Əliyev
Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya
işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət
kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olub.
Noyabrın 4-də isə Prezident İlham Əliyev Xurşidbanu Natəvanın
abidəsinin açılış mərasimində, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma
Mərkəzinin, Xıdırlı, Sarıcalı və Kəngərli kəndilərinin, Ağdam şəhərinin
daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal
Kompleksinin, “City Hotel Agdam” mehmanxanasının, daha bir yaşayış
məhəlləsinin təməlqoyma mərasimlərində iştirak edib, Pənahəli xanın
sarayı və İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil yolunda aparılan
işlərlə tanış olub.
Keçən il noyabrın 15-də isə Ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri
zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış
olub. Prezidentin rayona hər bir səfəri burada aparılan işlərin daha da
sürətlənməsinə səbəb olur. Bu işlər nəticəsində Ağdamın əvvəlki şöhrəti bu
rayona qaytarılacaqdır.
Artıq keçən ildən bəri Ağdamlılar Ağdamın işğaldan azad edilən günün
- noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi qeyd edirlər. Bu əlamətdar gün
münasibəti ilə bütün Ağdamlıları təbrik edirəm.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"

Geri qayıt