Əsas Səhifə > Güney Press > Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir...

Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir...


Bu gün, 09:14
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir...
İdarə, müəssisə və ya təşkilatlarda ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir. Xüsusən 12 saatlıq növbə üsulu ilə işləyən mühafizəçilər. AR Əmək Məcəlləsinə əsasən: işçilərə nahar fasiləsi verilməsi məcburidir, eyni zamanda bu istirahət vaxtı iş saatlarına daxil edilmir və ödənilmir.
Ən ağır və təhlükəli işdə çalışan "Mühafizəçi" lərin əmık haqqı isə Respublikada ən aşağı əmək haqqı olan peşələrdən biridir.
Reallıqda isə, həm də işlərin xüsusiyyətindən asılı olaraq mühafizəçilər-tam olaraq 12 saat işlədilir, iş vaxtları isə 10 və ya ən yaxşı halda isə 11 saat rəsmiləşdirilir.Digər 1-2 saat isə- istirahət və ya yemək vaxtı adı bəhanəsi ilə rəsmiləşdirilir və təbii olaraq ödənilmir.Lakin bir faktı sübut etməyə ehtiyac yoxdur ki, bu sahədə işlıyən işçilərin - "Mühafizəçilətin" iş yerlərindən ayrılması mümkün deyil.
Bununla da ağır və təhlükəli əmək şəraitində işləyən, onsuz da az əmək haqqı alan bu işçilərin, yəni, mühafizəçilərin həm istirahət hüququ, həm də istirahət vaxtlarında işlədiklərinə görə əmək haqqı almaqhüququ pozulur. Əgər nəzərə alsaq ki, növbəni təhvil təslim, iclas, düzülüş, təlimat və sair prosedur qaydaları ümumi iş vaxtı 13 saata çatır, bu halda onların iş vaxtı daha çox olur, lakin əmək haqqı ödənilmir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.life)

Geri qayıt