Əsas Səhifə > Güney Press > Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb

Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb


Bu gün, 11:18
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı aparıb.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər. Ermənistan və Fransa arasında siyasi dialoqun yüksək səviyyəsi və birgə proqramların həyata keçirilməsi yolu ilə əlaqələrin fəal inkişaf dinamikası məmnunluqla vurğulanıb.

Ararat Mirzoyan və Jan-Noel Barro iki ölkə arasında tərəfdaşlığın bütün istiqamətlərdə, o cümlədən iki nazirlik arasında sıx qarşılıqlı əməkdaşlıq vasitəsilə daha da dərinləşdirilməsinə yönəlmiş səyləri davam etdirmək barədə razılığa gəliblər.

Maraqlıdır ki, A.Mirzoyan eyni gündə, noyabrın 15-də İran XİN başçısı ilə də telefonla danışıb.

Geri qayıt