Əsas Səhifə > Güney Press > Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır...

Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır...


Bu gün, 15:41
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır...
COP29-da Talibanı təmsil edən nümayəndə ilə də ayaqüstü qısa fikir mübadiləsi apardıq. Taliban təmsilçisi Azərbaycanla Əfqanıstan arasında diplomatik əlaqələrin bərpa olunması və təmasların başlamasından məmnun qaldıqlarını bildirdi. Pavilyonların bir qismində iqlim dəyşikliyi ilə bağlı qızğın müzakirələr gedirdi. Oğlum Şahinlə COP29-da müxtəlif ölkələrin pavilyonlarıyla tanış olarkən Türkiyənin pavilyonunu bəyəndik. Madaqaskarın pavilyonuna yaxınlaşdıq. Madaqaskar hökuməti Dünya Bankının dəstəyi ilə toplumlarında sosial dayanıqlılığını artırmaq məqsədi ilə layihə reallaşdırır. Layihə ümumilikdə 16 rayonu və 235 kommunanı əhatə edir. Layihə infrastrukturun yaxşılaşdırılmasına, sosial imkanlarının artırılmasına və yerli idarəetmənin gücləndirilməsinə yönəlib. Layihə həmçinin qida böhranlarına qarşı mübarizə üsullarını icra edir və məsuliyyətli, inklüziv idarəetmə üçün milli məqsədlərə uyğunlaşır. Havadan su çıxarmaq üçün qabaqcıl texnoloji “Aquagencia” şirkətinin stendi də maraqlıdır. Şirkət inqilabi məhsullarıyla hətta ən quraq bölgələrdə, isti quru iqlimlərdə daimi su təchizatını təmin edir. Bu haqda məlumat verən şirkətin təmsilçisi bizə dedi ki, mütəxəssisləri əvvəlcə ərazini araşdırır və maksimum su çıxarılmasını təmin edəcək yerləri seçirlər: “Biz xüsusi dizayn edilmiş günbəz quraşdırırıq ki, hava axını təmin olunsun. Rütubətli hava qurğuya daxil olur və ilkin filtrasiyadan keçir. Havadan toplanan nəm soyudulmuş panellərdə kondensasiya olunur və anbarda toplanır”.
Maraqlı təqdimatlar öz yerində, ancaq Bakıdakı toplantıdan əsas gözlənti böyük dövlətlərin iqlim dəyişikliyi ilə mübarizəyə vəd etdikləri 100 milyard dolların ayrılmasıdır. Əslində hər il keçirilən COP toplantılarını maliyyə toplantıları adlandırmaq olar. Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır. Maliyyə ayrılmayacaqsa iqlim dəyikliyi ilə mübarizə söz yığını olaraq qalacaq. ABŞ Prezidenti seçilən Donald Trampın iqlim dəyişiklikləri ilə mübarizə mövzularına marağı yoxdur. ABŞ maliyyə ayırmayacsa o biri döyük dövlətərin ümumi mübarizəyə gərəkli maliyyə ayıracağı problematikdir.

Elxan Şahinoğlu - "DİA-AZ"

Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır...
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır...
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır...
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır...

Geri qayıt