Əsas Səhifə > Güney Press > Hakimiyyətə bu şəxs hazırlanır

Hakimiyyətə bu şəxs hazırlanır


Bu gün, 17:02
Hakimiyyətə bu şəxs hazırlanır
ABŞ-da Donald Tramp prezident seçiləndən sonra milyarder İlon Maskı Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edəcəyini açıqlayıb. Lakin İlon Mask Trampın bütün qəbullarında iştirak edir və təyinatlarda da bu və ya digər şəkildə rol oynayır. Ekspertlər iddia edir ki, İlon Mask Tramp hakimiyyətinin şəriki kimi davranır.

İlon Maskın Trampın yanında oynadığı rol yeni ABŞ administrasiyasında xarici və daxili siyasəti müəyyənləşdirə bilər?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, İlon Maskın seçki kampaniyası dövründə Donald Trampa verdiyi açıq maliyyə dəstəyinin bir qarşılığı olacaqdı:

“Onu da deyim ki, seçkidə gördüyümüz bu dəstək əslində keçən dönəmdən bəri var. Yəni 2016-cı il seçkilərində də İlon Mask Trampa dəstək vermişdi. Budəfəki seçkidə isə bu dəstək daha qabarıq şəkildə hiss olundu.

İ.Maskın seçkisonrası Tramp tərəfindən strateji bir vəzifəyə təyin ediləcəyi gözlənilirdi. Elə də oldu. Tramp prezident seçiləndən sonra milyarder İlon Maskı Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edəcəyini bildirdi. Əslində görünən odur ki, İ.Mask özünə siyasi karyera qurmaq istəyir. Əslində seçdiyi yol da Trampla eynidir. Çünki hər iki şəxs milyarderdir.

İ.Maskın təyin edildiyi departament kifayət qədər ciddi postdur. Belə ki, bu post hökumətin ənənəvi üsullardan kreativ metodlara keçiriləcəyinin göstəricisidir. Bu departamentə cəlb edilən şəxslər də iş dünyasının seçilən şəxsləri olur. İ.Mask da kifayət qədər vizyonlu və innovativ bir şəxsdir. Belə bir şəxsin bu departament ilə siyasi karyerasının formalaşdırması mümkündür”.

Geri qayıt